İdman

UEFA Çempionlar Liqası - Nəticələr

1 Aprel 2010 06:11
Baxış: 286
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
UEFA Çempionlar Liqasının ¼ final mərhələsində iki oyun keçirilib.

İtaliyanın "İnter" klubu öz meydanın Rusiyanın ÇSKA komandasına qalib gəlib-1:0. Oyunda yeganə qolu "İnter"in argentinalı hücumçusu Diyeqo Milito vurub. Cavab qarşılaşması aprelin 6-da Moskvada keçiriləcək.

Günün digər qarşılaşması isə Londonda keçirilib. "Arsenal" "Barselona"nı qəbul edib. Arsen Venger və Pep Qvardiolanın komandaları bir-birilərinin qapısından iki top keçiriblər. Birinci hissə "Barselona"nın üstünlüyü ilə keçib. Kataloniyalılar yalnız qapıçı Almuniyanın ustalığı sayəsində meydan sahiblərinin qapısından top keçirə bilməyiblər. Amma birinci hissədə "Arsenal" iki oyunçusunu itirib-Andrey Arşavin və Vilyam Qallas zədələnib.

Oyundakı ən maraqlı hadisələr isə ikinci hissədə baş verib. İlk dəqiqələrdə Almuniya səhvə yol verib və Zlatan İbrahimoviç hesabı açıb. Tezliklə isveçli futbolçu daha bir qol vurub və ilk baxışdan elə görünüb ki, "Arsenal" üçün hər şeyin bitib. Amma son 20 dəqiqə ərzində londonlular oyunda köklü dəyişiklik yaradıblar. "Arsenal" Uolkott və Fabreqasın qolları ilə hesabı bərabərləşdirib-2:2.

/ANS Press/
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.