İdman

Ronaldu dünya çempionatına qədər bu məsələni həll etməyə çalışır

18 May 2018 18:06
0 Şərh     Baxış: 2 115
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Real" və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu dünya çempionatına kimi vergidən yayınması ilə əlaqədar açılan işləri həll etmək niyyətindədir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, ulduz futbolçu 14 milyon avro cərimə ödəməyə hazırdır. O, vəkili vasitəsilə məhkəməyə göndərdiyi məktubda vergi qanunvericiliyinin 4 bəndini pozduğunu etiraf edib.

Ronaldu ilk dəfə 2017-ci il 31 iyulda məhkəmədə ifadə vermişdi. Dövlət ittihamçısı onun 14.8 milyon avro cərimə ödəməsini tələb etmişdi. Vergi orqanları isə hesab edir ki, ödəniş 25.7 milyon avro olmalıdır. Hücumçu öncə 3.8 milyon avro ödəməyi təklif etsə də, rədd cavabı almışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.