İdman

Antuan Qrizman: Birinci, üçüncü və beşinci

17 May 2018 08:03
0 Şərh     Baxış: 1 906
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Atletiko"nun hücumçusu Antuan Qrizman "Marsel"lə Avroliqanın final matçında (3:0) dubla imza atıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bununla da o, Avropanın ikinci dərəcəli klub turnirinin həlledici oyununda iki qol vuran ilk fransalı futbolçu olub.

Ümumilikdə isə Qrizman finalda dubl edən 5-ci futbolçudu. Daha əvvəl Dieqo Forlan ("Atletiko", 2010), Radamel Falkao ("Atletiko", 2012), Karlos Bakka ("Sevilya", 2015), Koke Moreno ("Sevilya", 2016) eyni uğura imza atmışdı.

Bundan əlavə 27 yaşlı hücumçu finalda qol vurmağı bacaran 3-cü fransız oyunçudu. Buna qədər Kevin Qameyro ("Sevilya", 2016) və Po Poqba ("Mançester Yunayted", 2017) adını tarixə yazdırmağı bacarıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.