Bakıda Formula 1 Azərbaycan Qran Prisində ikinci yarış günü başlayır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda 2018 Formula 1 dünya çempionatının 4-cü mərhələsi olan Azərbaycan Qran Prisi davam edir.
Milli.Az xəbər verir ki, Qran Prinin ikinci günündə FİA Formula 2 sinfində ilk yarış keçiriləcək. Dünən Formula 2-də sərbəst yürüşlərdən sonra təsnifat yarışı keçirilib. Yarışda "DAMS" komandasının tailandlı pilotu Aleksandr Albon 1:54:480 nəticə ilə hamını qabaqlayaraq birinci olub. İkinci yerdə finiş xəttinə 1:54:694 "Carlin" komandasından böyük britaniyalı Lando Noris çatıb. Üçüncü yeri 1:54:842 nəticə ilə ondan azca geri qalan "ART Grand Prix"dən böyük britaniyalı Corc Rassel tutub.
Ümumiyyətlə, 2018 Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində keçirilən FİA Formula 2 yürüşlərdə hər birində 2 pilot olmaqla 10 komanda iştirak edir. Bunlar "RUSSIAN TİME"dan rusiyalı Artyom Markelov və yaponiyalı Tadaske Makino, "PERTAMINA PREMA Theodore Racing"dan indoneziyalı Şon Gelael və niderlandlı Nik Vries, "DAMS" tailandlı Aleksandr Albon və kanadalı Nikolas Latifi, "ART Grand Prix"dən böyük britaniyalılar Cek Aitken və Corc Rassel, "MP Motorsport"dan ispaniyalı Roberto Merhi və isveçrəli Ralf Boşunq, "BWT Arden"dən almaniyalı Maksimilian Günter və yaponiyalı Nirei Fukuzumi, "Campos Vexatec Racing"dən italiyalı Luka Giotto və israilli Roy Nisani, "Trident"dən hindistanlı Arcun Maini ə amerikalı Santino Ferucci, "Carlin"dən braziliyalı Serxio Sette Kamara və böyük britaniyalı Lando Noris, "Charouz Racing System"dən isveçrəli Lui Deletras və italiyalı Antonio Fuokoddur.
Formula 1-də isə əvvəlcə pilotların üçüncü sərbəst yürüş sessiyası, dahasonra isə təsnifat yarışı olacaq. Məhz təsnifat mərhələsinin nəticələrinə görə, sabah, aprelin 29-da baş tutacaq final günündə pilotların pitleynəhansı sıralama ilə çıxacağı məlum olacaq.
Komandalardan "Mercedes"in heyətində Luis Hamilton və Valterri Bottas, "Ferrari"nin heyətində Sebastyan Fettel və Kimi Raykkonen, "Red Bull"un heyətində Daniel Rikkardo və Maks Ferstappen, "Fors İndia"nın heyətində Serxio Peres və Esteban Okon, "Uilyams"ın heyətində Lens Stroll və Sergey Sirotkin, "Reno"nun heyətində Niko Hülkenberq və Karlos Sayns, "Toro Rosso"nun heyətində Pyer Qasli və Brendon Hartli, "Haas"ın heyətində Roman Qrojan və Kevin Maqnussen, "MakLaren"in heyətində Fernando Alonso və Stoffel Vandorn, "Sauber"in heyətində Markus Eriksson və Şari Lekler yarışırlar.
Xatırladaq ki, 2018-ci ildə 3 mərhələdən sonra pilotların mübarizəsində hələlik ümumi sıralamada 141 xalla "Ferrari"nin pilotu Sebastiyan Fettel (54 xal) liderdir. "Mersedes"dən Luis Hamilton (45 xal) ikinci, Valterri Bottas (40) isə üçüncü yerdədirlər.
Komanda hesabında hələlik "Mersedes" komandanı 85 xalla birinci, "Ferrari" 84 xalla ikinci, "Red Bull" isə 55 xalla üçüncüdür.
İlkin İzzət
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Mərdəkan şossesində qəza baş verdi, yolda sıxlıq yarandı
-
Ərdoğan Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik edib
-
“Dostluq” ordeni ilə təltif edilən Dragan Vladisavljeviç kimdir? - Dosye
-
Şuşada Azərbaycanla həmrəyliyimizi bir daha nümayiş etdirdik - Ərdoğan
-
COP31 Türkiyədə öz işinə başlayıb
-
Pensiyalar bu tarixdə ödəniləcək
-
Prezident İlham Əliyev Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif edib
-
İllər əvvəlki fotoları gündəm oldu
-
Mingəçevirdə 27 yaşlı kişi bıçaqlandı
-
Rusiya və Ukrayna ABŞ-ın vasitəçiliyi ilə danışıqlar aparacaq
-
Məşhur türk aparıcı kişi axtarır: “Çox varlı olsun, yaxşı öpməyi bacarsın”
-
Həmin ölkələrdən ödəniş tələb etdi: "Tramp olmasaydı, İsrail mövcud olmazdı"
-
Azərbaycanlı biznesmenin 141 milyonluq mülkünə həbs qoyuldu
-
“Şahzadə Mustafa”dan etiraf
-
Füzuli Rzaquliyev vəfat etdi
-
Xalq artisti göz yaşı tökdü: “Qızımın cehizləri qırmızı lentlə bağlı qalıb” - (Video)
-
Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib - Yenilənib - Foto
-
Bu həftə ən çox qazanacaq BÜRCLƏR
-
Türkiyədə iki yüksək vəzifəli şəxs tutuldu
-
Brüs Uillisin qızından duyğulandıran paylaşım - (Video)
-
800 illik qala 1 avroya satılır - (Foto)
-
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərində - (Foto-Video)
-
Özcan Denizin arvadı ağır əməliyyat keçirəcək
-
Sabahın havası açıqlandı





