"Haas" komandasının pilotu: "Ötən illə müqayisədə daha çox rəqabətədavamlı olacağıq"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Keçən il davamlılığımız zəif idi, ancaq bunun üzərində xeyli işləmişik. İrəlidə bizi gərgin mübarizə gözləyir və ümid edirəm ki, ötən illə müqayisədə daha çox rəqabətədavamlı olacağıq.
Milli.Az-ın məlumatına görə, bunu 2018 FIA Formula 1 Dünya Çempionatı Azərbaycan Qran Prisi çərçivəsində keçirilən mətbuat konfransında Haas komandasının pilotu Kevin Maqnussen deyib.
Renault və McLaren komandalarının sona qədər bu mübarizəyə davam edəcəyi ilə bağlı sualı cavablandıran Kevin Maqnussen deyib ki, yarış asan olmayacaq: "Bolidimiz əla vəziyyətdədir. İlə o qədər də yaxşı başlamamışıq. Odur ki, mübarizəyə davam edib, səhvlərimizi düzəltməliyik. Bu mübarizənin mövsümün sonuna qədər davam etməyi isə digər komandalardan da asılıdır".
Pilot vurğulayıb ki, bolid keçən illə müqayisədə daha yaxşı vəziyyətdədir: "Onu öz yarış tərzinizə uyğun tənzimləyə bilərsiniz. İdarəetmə bir az asanlaşıb. Aerodinamikaya gəldikdə isə daha sabitdir. Sabit bolidə üstünlük verirəm. Xüsusilə də, bolidin arxa hissəsinin etibarlı olmasını istəyirəm. Bu baxımdan, builki bolidimin davamlılığını bəyənirəm".
Ötən illə müqayisədə mövsümə daha yaxşı start verən pilot özünə inamlıdır: "Bolid yaxşı vəziyyətdə olanda və qələbə üçün özünü hazır hiss edirsənsə, yarış da maraqlı, əyləncəli və asan keçir".
Mətbuat konfransında qeyd edilib ki, gələn mövsüm Formula 1 yanacaq məhdudiyyəti bir qədər aradan qaldıracaq. Pilot belə hesab edir ki, məhdudiyyətin aradan qaldırılması doğru qərardır: "Mövsüm ərzində elə yarışlar var ki, çox çaşdırıcıdır. Yanacaq üzərində müəyyən məhdudiyyətin qoyulması normaldır, məsələn beş il əvvəl yarışı təhlükəsizlik maşını ilə başlamaq ehtimalı olduğuna görə bəzi məhdudiyyətlər vardı. Ancaq bəzən bu limit həddən çox olur. Odur ki, yeni qərar ürəyimcədir".
Sonda Kevin Maqnussen yarışlarda əsas amilin mührərrikin güc qurğusu olmadığına əminlyini ifadə edib. "Biz tam etibarlılığa nail olmaq üçün bir qədər daha gözləməliyik. Güc qurğusu ilə əlaqədar hər hansı bir şikayətimiz yoxdur".
Qeyd edək ki, bu gün Bakıda Formula 1 Azərbaycan Qran Prisinin ilk yarış günü başlayır.
Trasda hər biri iki pilotla təmsil olunana 10 komanda yarışacaq. Bakıda yarışa qatılan sürətsevərlər arasında Lyuis Hemilton, Fernando Alonso, Sebestyan Fettel, Valtteri Bottas kimi tanınmış pilotlar var.
Bu gün Bakı Şəhər Halqasında Formula 2 bolidlərinin sərbəst yürüşləri, həmçinin F2 pilotlarının təsnifat mərhələsi keçiriləcək.
Bundan başqa, Bakı trekində Formula 1 bolidlərinin birinci və ikinci sərbəst yürüşləri baş tutacaq.
Bakıda 3-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 29-dək davam edəcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ceff Bezos “Liverpul”un sahibi oldu
-
Corcinanın nişan üzüyü yenidən gündəmdə - Qiyməti nə qədərdir? - (Foto)
-
Haalandın fotosu olan bağlamalardan 469 kilo kokain çıxdı (Foto)
-
Avropa çempionu olmuş italıyalı karyerasını bitirdi
-
Azərbaycan Premyer Liqası: Son çempion "Sabah" ilk oyununa çıxır
-
"Qarabağ"dan getdi - Hava limanında görüntülənib
XƏBƏR LENTİ
-
Ceff Bezos “Liverpul”un sahibi oldu
-
Keçmiş vəkilin oğlu Moskvada qətl və dələduzluqda ittiham olunur
-
"Hörmüz boğazı yalnız İranın əmri ilə bağlanır və açılır"
-
55 yaşlı Xalq artisti gözəlliyi ilə göz oxşadı - (Video)
-
"28 May" stansiyasının fəaliyyəti olduğu kimi qalacaq, lakin Yaşıl xətt üzrə qatarların hərəkət prinsipi dəyişdirilir"
-
ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama
-
Güclü külək, leysan, şimşək - Bazar gününün havası
-
Corcinanın nişan üzüyü yenidən gündəmdə - Qiyməti nə qədərdir? - (Foto)
-
“Amay”da öldürülən şirkət rəhbərinin FOTOları
-
“28 May”da vəziyyət necədir? - (Foto-Video)
-
Haalandın fotosu olan bağlamalardan 469 kilo kokain çıxdı (Foto)
-
Rubioya Ağ Evdən orijinal ad günü hədiyyəsi - (Foto)
-
Şəhidin qardaşı vəfat etdi
-
Bakıda TIR aşdı - (Foto)
-
Almaxanımın həyat yoldaşı ilə səmimi anları - (Video)
-
Azərbaycanlı müğənni küçədə döyüldü - (Foto)
-
Xaçmazda iki ata övladını bıçaqladı
-
Azərbaycanda benzin və dizel bahalaşır?
-
Məktəblər bu tarixdə başlayacaq
-
Ərdoğan: Böyük Türkiyə gəlir, tarix yenidən yazılır
-
Roza Zərgərli onun ifasını eşidib ağladı - (Video)
-
Evdən 21 yaşlı qızın meyiti tapıldı
-
Avropa çempionu olmuş italıyalı karyerasını bitirdi
-
Bakıda mağazanın tavanı uçdu - Qadın yaralandı - (Video)





