"II Avropa Oyunlarının hazırlıq planına çox dəqiq əməl olunur"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avropa Olimpiya Komitələrinin (EOC) və Milli Olimpiya komitələrinin nümayəndələri "Minsk 2019" II Avropa Oyunlarına hazırlıq prosesinin gedişindən razıdırlar.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə EOC-un baş məsləhətçisi Pirs Okallaqan jurnalistlərə açıqlamasında bildirib. O, "Dinamo" stadionuna baxış zamanı təəssüratlarını bölüşüb: "Nümayəndələr arenada görülən işlərin gedişindən razı qaldılar. Stadionun tarixi hissəsi ilə müasir texnologiyaların uzlaşdığı yenidənqurmanı müşahidə etmək maraqlıdır. "Dinamo"nun son bir il ərzində xeyli dəyişdiyini qeyd etməliyəm. Əminəm ki, idman həvəskarları burada keçiriləcək II Avropa Oyunlarının Açılış və Bağlanış mərasimlərinə bilet əldə etməyi səbirsizliklə gözləyirlər".
Artıq "Dinamo" stadionunda tikinti prosesi başa çatdırılıb. Hazırda arenanın dam örtüyünün quraşdırılması və daxili otaqların bölüşdürlüməsi işləri aparılır. Mayın 31-dək əsas işlərin tamamlanması planlaşdırılır.
Azərbaycanın Milli Olimpiya Komitəsinin nümayəndəsi Anar Bağırov stadionla tanışlıq zamanı bildirib ki, Minskdəki bir çox idman qurğuları yaxın vaxtlarda beynəlxalq yarışları qəbul etməyə hazır olacaqlar: "Belarus paytaxtının Avropa Oyunlarına hazırlığı bura səfər edən qrupu yaxşı mənada təəccübləndirdi. Hazırlıq planına çox dəqiq əməl olunur. Bunu hər bir idman qurğusunda hiss etmək mümkündür".
Nümayəndələr, həmçinin stend atıcılığı üzrə yarışların keçiriləcəyi "Sporting Сlub" kompleksinin də vəziyyəti ilə tanış olublar.
Qeyd edək ki, "Minsk 2019" II Avropa Oyunları 21 - 30 iyunda keçiriləcək. Oyunlarda 50 ölkənin 4 mindən çox idmançısı 15 idman növündə 200 dəst medal uğurunda mübarizə aparacaq. I Avropa Oyunları 2015-ci il 12 - 28 iyunda Bakıda təşkil olunub.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Dünyanın ən varlı musiqiçiləri kimlərdir?
-
Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb – şəhərlə xüsusi bağlılıq - (Foto)
-
Qubada ağır qəza - Ölən və yaralananlar var
-
Haaland “Qızıl oyunçu” oldu
-
Bu həftə ən çox qazanacaq bürclər
-
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
-
Joze Mourinyo La Liqanın ən yaxşı məşqçisi seçildi
-
Saatlarla oturanların diqqətinə
-
Təzyiqi aşağı salan 5 əsas qida
-
Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
-
Evdə stress yaradan 5 şey
-
"Mercedes"də orta güzgünü ön şüşə əvəzləyəcək - YENİ TEXNOLOGİYA
-
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
-
Əməliyyatı illərlə cərrah yox, xadimə edib – Özəl xəstəxanada qalmaqal
-
Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
-
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
-
Günəşdə XXI əsrin rekordu təkrarlandı
-
Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı
-
Türkiyədə yeni neft yataqları tapıldı
-
Qarabağda genişmiqyaslı bərpa işləri davam edir - Ərdoğan
-
Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı
-
Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq
-
Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır
-
Azərbaycan Türkiyəyə başsağlığı verdi





