İdman

"Futbolçularımız yaxşı məşq etdi" - Roman Qriqorçuk

24 Mart 2018 20:12
0 Şərh     Baxış: 518
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bu gün hər futbolçunun qarşısına daha güclü məşq etmək tapşırığı qoyulmuşdu".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib.

"Qırmızı-qaralar" bu gün "Keşlə" ilə keçirdiyi yoxlama görüşündə rəqibi il qolsuz bərabərə (0:0) qalıb.

Matçdan sonra fikirlərini bölüşən ukraynalı mütəxəssis yetirmələrinin yaxşı məşq etdiklərini söyləyib: "Yoxlama oyunu keçirmək imkanından elə istifadə etməliydik ki, bütün vacib məqamlar rəsmi matçdakına yaxın olsun. Futbolçularımız da yaxşı məşq etdi. Oyun, meydanda baş verənlərlə bağlı xüsusi təhlil ediləsi məqam da yoxdu. Prinsipcə, hər şey gözlənilən kimi oldu. Ən vacibi isə odu ki, faydalı oyun keçirdik. Müəyyən mənfi məqamlar da oldu. Futbolçuların göstərdiyimiz düzəlişləri tez etmələrini, bunları 2-3 dəfə təkrarlamamasını istəyirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.