İdman

İdmançımız Olimpiadadakı uğursuzluğundan danışdı

27 Fevral 2018 11:33
0 Şərh     Baxış: 1 495
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yürüş vəziyyətininin modelini məşqlərdə hazırlamağa çalışırdım və bu, yetərincə yaxşı alınırdı".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında Azərbaycanın yeganə təmsilçisi olan xizəkçi Patrik Braxner deyib.

İştirak etdiyi dağ xizəyi üzrə slalom yarışında yıxıldığı üçün finiş xəttinə çata bilməyən 26 yaşlı avstriyalı idmançı uğursuzluğun səbəbini açıqlayıb. O, yarış ərəfəsində yoluxduğu qrip infeksiyasının bir neçə gün məşq edə bilməsinə imkan vermədiyini vurğulayıb: "Əks halda, qarın mövcud şəraitinə daha yaxşı uyğunlaşa bilərdim. Mənim startımı "Top-30"da yer alan digər idmançılarla müqayisə etsəniz, müsbət nəticə əldə etmək imkanımın olduğunu görə bilərsiniz".

Braxner uğursuluğa rəğmən, yarışın onun üçün yetərincə maraqlı təcrübə olduğunu və çox şey öyrəndiyini söyləyib. O, bundan sonra karyerasını davam etdirməklə bağlı suala belə cavab verib: "Heç vaxt "heç vaxt" demə. Hazırkı anda formamdan razıyam".

Qeyd edək ki, Patrik Braxner 2014-cü ildə Rusiyanın Soçi şəhərində keçirilmiş Qış Olimpiya Oyunlarında da Azərbaycanı təmsil edib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.