Ölkə

Əlil şəxsə məcburi ərə verilən 12 yaşlı qızın acı hekayəsi

25 Noyabr 2024 14:18
Baxış: 906
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rayonların birində kasıb ailədə böyüyən, heç vaxt məktəbə getməyən qız 12 yaşında məcburi ərə verilib.

Milli.Az xəbər verir ki, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova özünün "Facebook" hesabında azyaşlının acı hekayəsini paylaşıb:

"Adını çəkmədiyimiz bir rayonun kasıb kəndlərindən birində yaşayan qızın taleyi ürəksızladan dərəcədə ağırdır. 12 yaşı tamam olmamış, anasının razılığı ilə xalası oğluna ərə verilir. Xalası oğlu görmə qabiliyyətindən məhrumdur və bu nikahın baş tutmasının əsas səbəbi ailənin kasıblığıdır. Qız heç vaxt məktəbə getməyib, onun həyatı kiçik yaşlarından yük dolu olub.

Azyaşlı olduğu üçün nə həkimə aparılıb, nə də sağlamlığına diqqət yetirilib. Bir müddət sonra halı pisləşəndə, nəhayət, həkimə aparılır. Həkimlər uşağın ana bətnində öldüyünü aşkarlayırlar. Süni doğuş nəticəsində qız ölü uşaq dünyaya gətirir. Lakin dərdi bununla bitmir - doğuşdan cəmi bir ay sonra yenidən hamilə qalır. Çünki ətrafdakı insanlar onu uşağın ölümündə günahlandırır və bu, qızı mənəvi cəhətdən məhv edir".

Mehriban Zeynalova qeyd edib ki, azyaşlı 14 yaşında ikinci övladını dünyaya gətirib:

"Yenə də azyaşlı olduğu üçün doğuş ev şəraitində həyata keçirilir. Yaşadıqları ağır şərtlər və qeyri-insani təzyiqlər onu həyatdan daha çox küsdürür. Keçən ildən ərindən qeyri-rəsmi olaraq ayrı yaşamağa başlayıb, lakin rəsmi nikahları hələ də qüvvədədir. Çünki 18 yaşı tamam olduqda onu nikaha məcbur ediblər. Əri ondan 10 yaş böyük idi, lakin anası yenə də qızını qorumaq əvəzinə bu izdivaca razılıq verib. Bu acı dolu həyat hekayəsi, təəssüf ki, hələ də davam edir. Qız uşaqlığını itirib, amma nə uşaq ola bilib, nə də insan kimi yaşamağın nə olduğunu hiss edə bilib".

Mehriban Zeynalova hazırda sözügedən qızın "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirildiyini deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.