"Bayern Münhen"dən ayrılandan sonra işsiz olan Karlo Ançelotti növbəti təklifi rədd edib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, Rusiyada keçiriləcək mundiala qatılmamaqla uğursuzluq yaşayan İtaliya millisinin baş məşqçiliyi Ançelottiyə təklif olunub.
İtalyan mütəxəssis isə açıqlamasında, klubda işləmək istədiyini bildirib:
"İtaliya Futbol Federasiyasından mənimlə əlaqə saxladılar. Ancaq milli komanda baş məşqçiliyi fərqli işdir. Mənsə hər gün işləməyi sevirəm".
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində