İdman

"Dünya çempionatına getməsək, təəccüblənmərəm"

18 Oktyabr 2017 23:25
0 Şərh     Baxış: 1 348
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliya futbolunun canlı əfsanəsi Canfranko Zola yığma komandanın dünya çempionatına vəsiqə şanslarını dəyərləndirib.

Milli,Az apasport.az-a istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis "Skuadra Adzurra"nın mundialdan kənarda qalmasına normal yanaşacağını bildirib. 

Millinin sabiq üzvü heyətin əvvəlki kimi güclü olmadığını bildirib: "Dünya çempionatına getməsək, bunu faciəyə çevirmək doğru olmaz. Şəxsən mən buna təəccüblənmərəm. Almaniyanın AÇ-2000-də qrupda qaldığı anı xatırlayıram. Bu məyusluq yaratdı, amma dəyişikliyə də yol açdı. Almaniya futbolu ondan sonra yüksəlişə keçdi. İtaliya millisi oyunlarda nəticəyə önəm verir, ancaq keyfiyyət çatışmazlığı var. Bizim vaxtımızda mənim mövqeyimdə 7-8 alternativ var idi".

Qeyd edək ki, İtaliya millisi DÇ-2018-in final mərhələsinə vəsiqə uğrunda İsçevlə pley-off matçlarında üz-üzə gələcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.