İdman

PSJ ilə "Monako" Mbappe transferində razılığa gəldi

24 Avqust 2017 12:21
0 Şərh     Baxış: 1 448
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

PSJ "Monako"nun hücumçusu Kilina Mbappenin transferinin son detallarını razılaşdırıb və tezliklə sövdələşməni rəsmən elan edəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Le Parisien" nəşrinin yazdığına görə, monakolular parislilərin son təkliflərini qəbul ediblər və Kiliana görə 150 milyon avro və bir oyunçu almalıdırlar.

Maliyyə feyr-pleyini pozmamaq üçün Neymara görə 222 mln. avro ödəmiş "qırmızı-göylər" bir sıra futbolçularını satmalıdır. Klubu Serj Orye, Hatem Ben-Arfa, Qjeqoj Krıxovyak, Qonsalu Quedeş, Lukas Moura, Yulian Draksler və Anhel Di Mariya tərk edə bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.