PSJ "Monako"nun hücumçusu Kilina Mbappenin transferinin son detallarını razılaşdırıb və tezliklə sövdələşməni rəsmən elan edəcək.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Le Parisien" nəşrinin yazdığına görə, monakolular parislilərin son təkliflərini qəbul ediblər və Kiliana görə 150 milyon avro və bir oyunçu almalıdırlar.
Maliyyə feyr-pleyini pozmamaq üçün Neymara görə 222 mln. avro ödəmiş "qırmızı-göylər" bir sıra futbolçularını satmalıdır. Klubu Serj Orye, Hatem Ben-Arfa, Qjeqoj Krıxovyak, Qonsalu Quedeş, Lukas Moura, Yulian Draksler və Anhel Di Mariya tərk edə bilər.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində