İdman

"1:0 aldadıcı hesabdı" - Əfran İsmayılov

20 Avqust 2017 10:25
0 Şərh     Baxış: 722
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "İnter"lə oyunun taleyini həll edən "Qarabağ"ın yarımmüdafiəçisi Əfran İsmayılov matçdan sonra sualları cavablandırıb.

- Qarşılaşmanın taleyini həll edən qola imza atdınız. 90 dəqiqəni necə xarakterizə edərdiniz?

- Maraqlı oyun alındı. İki "cəbhə"də - Çempionlar Liqası və Premyer Liqada mübarizə aparırıq. Buna görə də, meydana hansı heyətin çıxması məqsədimizi dəyişmir. "İnter" də güclü rəqiblərdəndi. Vacib olan büdrəməmək idi.

- "Qarabağ"a dönüşünüzdən 3 il keçir. Komandanızın çempionata bu il daha yaxşı başladığını düşünürsüzmü?

- Bunu deyə bilmərəm. Komanda getdikcə püxtələşir, inkişaf edir. Çünki daha yüksək məqsədlər üçün mübarizə aparırıq. Bu suala mən yox, baş məşqçi cavab verə bilər. Amma meydana hansı futbolçunun çıxmasından asılı olmayaraq, nəticəyə oynamalıyıq.

- "11-lik"də gənc futbolçular az deyildi. Onların ilk dəqiqədən meydana çıxması oyununuza necə təsir etdi?

- Gənclər yaxşı mübarizə apardılar. Nəticədə qələbədə pay sahibi oldular. Hər biri perspektiv vəd edir ki, bu gün "Qarabağ"da çıxış edirlər.

- Qarşıdakı oyunla bağlı nə düşünürsüz?

- Bizi "Kopenhagen"lə çətin matç gözləyir. Hazırlaşacağıq. Arxayınlaşmaq olmaz. İlk oyunda qələbə qazanmışıq, davamını səfərdə də gətirməliyik.

- İlk görüşdəki qələbədən sonra cavab qarşılaşmasında nəyə ümid etmək olar?

- İndidən heç nə demək olmaz. 1:0 aldadıcı hesabdı. Səfərdə oynayırıq. Bilirik ki, onlar bizdən əvvəl "Vardar"a uduzmuşdular, sonra həmin komandanı böyük hesabla yendilər. Biz də istəyirik ki, qrup mərhələsində oynayaq.

- Səfərdə "Qarabağ" üçün ən böyük təhlükə nə ola bilər?

- Bizim üçün ən böyük təhlükə standart vəziyyətlərdi. Düzdü, baş məşqçimiz analizlər aparacaq. Amma bilirəm ki, azarkeşlərin dəstəyi ilə bu "silah"dan istifadə etməyə çalışacaqlar. Hündürboylu futbolçuları çoxdu. Qələbə qazanmaq üçün bütün sirlərini öyrənməliyik.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.