Finala yüksələn Nekrasova: "Tapşırıq minimum yerinə yetirilib"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda finala vəsiqə qazanmağım məni çox məmnun edir, bu gün tapşırıq minimum yerinə yetirilib.
Milli.Az xəbər verir ki, bunu Trend-ə bu gün Bakıda keçirilən idman gimnastikası ürə Dünya Kuboku yarışlarında final mərhələsinə yüksəlmiş Azərbaycan gimnastı Marina Nekrasova deyib.
O, əsasən, sabahkı yarışlara kökləndiyini bildirib.
M.Nekrasova bildirib: "Sabah daha iki sınağım var - tirdə və sərbəst hərəkətlərdə iştirak edəcəyəm. Əhvalım yüksəkdir, bu gün çıxış etmək çox həyəcanverici idi. Tribunalar tamaşaçı ilə dolu idi, bizi alqışlayırlar. Özümü ələ almağa çalışdım və çox şadam ki, qələbəyə nail oldum".
Xatırladaq ki, bu Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda M.Nekrasova dayaqla tullanma hərəkətlərinin nəticəsinə görə final mərhələsinə yüksəlib.
Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi martın 19-dək davam edəcək. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi bu turnirdə 23 ölkədən idmançılar çıxış edəcək.
Turnirin ilk 2 günü təsnifat mərhələləri, son 2 günü isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq. Yeni Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastlar 6, qadın gimnastlar isə 4 dəst medal uğrunda mübarizə aparacaqlar.
Məşhur kişi idmançılar arasında Olimpiya çempionları Elefterios Petrunias (Yunanıstan), Kristian Berki (Macarıstan), Olimpiya Oyunlarının gümüş mükafatçısı Filip Ude (Xorvatiya) və Avropa çempionu Aleksandr Şatilov (İsrail) peşəkar çıxışları ilə hər kəsi heyran edəcəklər.
Qadın idmançılar arasında isə 3 qat Olimpiya çempionu Katalina Ponor (Rumıniya) və Olimpiya Oyunlarının qızıl medalçısı Oksana Çusovitina (hazırda Özbəkistanı təmsil edir) kimi məşhur gimnastlar yer alacaqlar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Çelsi" "Bornmut"u darmadağın etdi
-
Goranboyda qəza - xəsarət alanlar var
-
“Alim Qasımovu oğlumun məclisinə çağırdım gəlmədi“ - Hüseyn Məhəmmədoğlu
-
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil” - Azər Bağırov
-
Xoşqədəm Hidayətqızı “Günaydın, Azərbaycan”dan getmə səbəbini açıqladı
-
Azərbaycan cüdoçularından DÇ-də rekord
-
8 Noyabr prospektində güclü yanğın başlayıb
-
Kokauri gümüş medal qazandı
-
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
-
Azərbaycan Premyer Liqası: "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib - Yenilənib
-
Lətifə bu kanalda aparıcılıq edəcək
-
Vəzifəsindən azad olunan polkovnik Nofəl Əsədova yüksək vəzifə verildi
-
İşdən çıxarıldığı deyilən direktorla bağlı rəsmi açıqlama
-
Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var - (Foto)
-
Qarabağ Universitetinin müəllimi Nuranə Məmmədova hakim təyin olundu
-
Ronaldo millidən uzaqlaşdırıldı
-
Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı
-
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə Bakı küçələrindən "Ağ Şəhər"ə doğru hərəkət edib - (Foto)
-
29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb
-
"Benfika" "Fənərbaxça"nın 50 milyon avroluq təklifini rədd etdi
-
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər - (Foto/Video)
-
Görkəmli sənətkar Rafael Dadaşovun 80 illik yubileyi münasibətilə anım tədbiri keçirilib - (Foto)
-
Dünya ulduzları Bakıda keçiriləcək möhtəşəm beynəlxalq tədbir – Azerbaijan Dance Festival haqqında - (Video/Foto)
-
Qara Qarayevin “Yeddi Gözəl” baleti növbəti dəfə tamaşaçılara təqdim olundu - (Foto)





