Karlo Ançelotti Bundesliqada rəqabətin zəif olduğunu qeyd edib.
Goal.az xəbər verir ki, italyan mütəxəssis mövsümün sonunda Münhen klubunun sükanı arxasına keçəcəyi barədə söz-söhbətləri təkzib edib.
""Bavariya" Bundesliqanın qalibi olacaq. Bunun üçün xüsusi zəhmət çəkməyəcəklər. Etiraf edim ki, "Bayern"in futbolundan həzz ala bilmirəm. Səbəb isə sadədir: Almaniya çempionatında onlara bərabər rəqib, demək olar ki, yoxdur".
Qeyd edək ki, 10-cu turda "Köln"ə qalib gələn "Bavariya" Bundesliqa tarixində 1000-ci qələbəsini qazanıb.
Milli.Az