Portuqaliya millisinin və "Əl-Nəsr"in ulduzu Kriştianu Ronaldonun bədəni xüsusi cihaz vasitəsilə müayinədən keçirilib.
Milli.Az xəbər verir ki, 40 yaşlı hücumçunun bədəni vərdişləri, məşqi və fiziologiyasına görə qiymətləndirilib.
Ronaldonun bioloji yaşının 28 il 9 ay olduğu müəyyən edilib.
Qeyd edək ki, futbol əfsanəsi komandasının heyətində bu mövsüm bütün turnirlərdə 39 oyunda 33 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Hüseyn
Milli.Az