Dünya

Pakistanda məktəb avtobusu partladıldı - Ölənlər var

21 May 2025 11:52
Baxış: 516
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pakistanda məktəb avtobusuna kamikadze hücumu olub.

Milli.Az xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb.

Məlumata görə, Pakistanın Bəlucistan əyalətində kamikadzenin ordunun məktəb avtobusunu hədəf alması nəticəsində ölən beş nəfər arasında ən azı üç uşaq olub.

Hadisənin baş verdiyi Xuzdar rayonunun icra başçısı Yasir İqbal bildirib ki, hərbi məktəbə gedən avtobusda 40-a yaxın şagird olub və bir neçə nəfər xəsarət alıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.