İdman

Güləşçilərimiz Ukraynada 4 medal qazandı

26 Yanvar 2011 11:50
Baxış: 222
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Güləş Federasiyasından Milli.Az xəbər portalına verilən məlumata görə, turnirdə iştirak edən yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komandamız 4 medal - 1 qızıl, 2 gümüş və 1 bürünc qazanıb.

Məşqçilər Orxan Əliyev Nazim Əhmədovun başçılığı altında Ukraynaya yollanan 8 idmançıdan 4-ü Vətənə medalla qayıdır. Nurlan Əsgərov (55 kq) bütün rəqiblərindən üstün olaraq qızıl medala yiyələnib. Niyaməddin İbrahimov (74 kq) və Zaur Mehrəliyev (120 kq) yalnız final görüşündə uduzub və gümüş medala layiq görülüb. Bürünc medalı isə, komandamıza Rövşən Tağıyev (60 kq) qazandırıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.