Bakı-2015 Avropa Oyunları Kubada da yayımlanacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Bakı 2015 Əməliyyat Komitəsi Birinci Avropa Oyunlarının Avropanın hüdudlarından kənarda yayımını təmin etmək üçün növbəti televiziya müqaviləsinin imzalandığını açıqladı.
Trend-in məlumatına görə, bu müqavilə, Kubanın "Instituto Cubano de Radio y Television" televiziya kanalı (ICRT) ilə bağlanıb.
Kanal Kubada 3.8 milyon evi ödənişsiz yayım ilə təmin edir, eyni zamanda, gələn il Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarının Kubada rəsmi yayımçısıdır.
Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq dedi: "Bu, Latın Amerikası ölkələri ilə bağladığımız ilk müqavilədir, lakin mən bunun son müqavilə olmayacağına əminəm. Kuba böyük idman tarixinə malik ölkədir və mən ICTR tamaşaçılarının Bakıdakı tədbiri izləməkdən zövq alacaqlarına şübhə etmirəm.
Birinci Avropa Oyunları ICRT-nın Olimpiya Oyunları yayımını mükəmməl şəkildə tamamlayacaq. Bakı 2015 proqramında olan 16 Olimpiya idman növündən 12-si Rio-2016 Yay Olimpiya Oyunları üçün təsnifat imkanları təqdim edəcək, bu isə Oyunlar arasındakı ahəngin göstəricisidir".
Kuba Avropa Oyunlarının geniş yayımını həyata keçirəcək digər ölkələr - Birləşmiş Ştatlar və Kanada, ərəb ölkələri, Hindistan, Çin, Honq Konq və Avstraliyanın sırasına qoşulur.
ICRT tərkibində olan "Canal Tele Rebelde"ninbaş direktoru Roberto Qonzales əlavə etdi: "Mən Kuba xalqının bu cür yeni və önəmli idman tədbirindən zövq alacağına əminəm. Bizim tamaşaçılarımızın idmana böyük sevgisi var və Bakı 2015 Avropa Oyunları bizim mötəbər beynəlxalq idman yarışları portfelimizdə Olimpiya Oyunları ilə yanaşı, idmana maraq yaradılmasında mühüm rol oynayacaq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ronaldunun milli komandanı tərk etməsinə həm də oğlu səbəb imiş
-
Türkiyədə futbol hakimləri işi üzrə 5 nəfər tutuldu
-
Ronaldo ilə Jorje Jesus arasındakı qalmaqalla bağlı həqiqət açıqlandı
-
Bu gün "Turan Tovuz" İstanbul nəhəngi ilə qarşılaşacaq
-
Arda Güler cəzalandırıldı
-
Millətlər Liqası: Belçika Türkiyəni darmadağın etdi, Farer adaları yenə uduzmadı
XƏBƏR LENTİ
-
Bakıda avtobus aşdı: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun
-
Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi oldu - (Foto)
-
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
-
Bacısının toyunda əsgər qardaşının sürprizi - (Video)
-
Metroda kişi öldü
-
Nəfəsin efektsiz fotosu müzakirə yaratdı - (Fotolar)
-
Toyda bəyin möhtəşəm rəqsi diqqət çəkdi – (Video)
-
Aytac Vidadiqızı arıqlayıb "iynəyə sap oldu" - (Video)
-
Ronaldunun milli komandanı tərk etməsinə həm də oğlu səbəb imiş
-
Tualet çənini akvariuma çevirdi – (Video)
-
Sürücülərin nəzərinə: Sürət həddi endirildi
-
Türkiyədə futbol hakimləri işi üzrə 5 nəfər tutuldu
-
Yağışlı havada bu qaydanı pozan sürücülər cərimələnir
-
Oktyabr 3 BÜRC üçün çətin keçəcək
-
Toyda gəlinlə bəyin əsəbi üz ifadələri gündəm oldu - (Video)
-
Kaşpirovski 87 yaşında vəfat etdi
-
Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski
-
Bakının bu ərazisində 15 oktyabrdan maşınların hərəkəti tamamilə qadağandır
-
Əri Qumralla rəqs etdi, arvadı görün nə etdi... - (Video)
-
Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA
-
Bazar günü Bakıda leysan olacaq
-
Nənə-babanızdan qalan sovet pullarını yoxlayın: Bu əskinas 2900 manata satılıb - (Foto)





