İdman
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bakı-2015 ilk Avropa Oyunlarına velosipedlə" - FOTO
7 May 2015 20:24
Baxış: 1 658
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın Xorvatiyadakı səfirliyinin təşkilatçılığı və Azərbaycan Velosiped İdmanı Federasiyanın dəstəyi ilə həyata keçirilən "Bakı-2015 İlk Avropa Oyunlarına velosipedlə" adlı layihə çərçivəsində Xorvatiyanın "Pedalinac" velosiped klubunun üzvləri Xorvatiyanın Dubrovnik şəhərindən Bakıya yola düşüblər. Milli.Az xəbər verir ki, bu barədə Trend-ə səfirlikdən məlumat verilib.
Layihə ilə əlaqədar Azərbaycanın Xorvatiyadakı səfirliyi tərəfindən Bakıya səfər edəcək velosipedçilərin Dubrovnikdən yola salınma mərasimi təşkil olunub və mərasim Xorvatiyanın milli televiziyası HRT 1 kanalında geniş işıqlandırılıb.
Mərasimi açılış sözü ilə açan Azərbaycanın Xorvatiyadakı səfiri Kamil Xasiyev Bakı-2015 Avropa Oyunları kimi mötəbər yarışın Azərbaycanda keçirilməsinin tarixi hadisə olduğunu qeyd edərək bu hadisənin bütün Avropa idmançılarının ümumi bayramına çevrildiyini bildirib. Səfir 20 idman növü üzrə altı mindən çox idmançının mübarizə aparacağı I Avropa Oyunlarına ölkəmizin yüksək səviyyədə hazırlaşdığını qeyd edərək, Olimpiya məşəlinin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən alovlandırıldığını və məşəlin artıq ölkəmizdə səyahətdə olduğunu vurğulayıb.
K.Xasiyev Xorvatiyanın Bakı-2015 Avropa Oyunlarında geniş tərkibdə - 200 nəfərlik idman heyəti ilə təmsil olunacağını yüksək qiymətləndirib və "Pedalinac" velosiped klubu üzvlərinin "Bakı-2015 İlk Avropa Oyunlarına velosipedlə" layihəsinin Avropa Oyunlarının təbliği baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Tədbirdə iştirak edən Dubrovnik şəhərinin merinin müavini layihənin Azərbaycanla Xorvatiya arasında mədəni-idman münasibətlərinin inkişafı baxımından əvəzedilməz olduğunu qeyd edib.
Mərasim yerli ictimaiyyət və Dubrovnik şəhərində olan əcnəbi turistlər tərəfindən böyük maraqla qarşılanıb və velosipedçilər böyük alqışlarla Bakıya yola salınıblar.
Qeyd edək ki, Xorvatiyanın velosiped idmanının və turizminin təşviqi ilə məşğul olan "Pedalinac" velosiped klubunun üzvləri Xorvatiyanın Dubrovnik şəhərindən təqribən 4000 km-lik yürüş edərək Bakıda Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak edəcəklər. Təxminən 35-40 gün davam etməsi nəzərdə tutulan yürüşün marşrutu Xorvatiya - Monteneqro - Albaniya - Makedoniya - Yunanıstan - Türkiyə - Gürcüstan - Azərbaycan olacaq.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
-
Rafinya Mbappeni geridə qoydu
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Ronaldunun milli komandanı tərk etməsinə həm də oğlu səbəb imiş
-
Türkiyədə futbol hakimləri işi üzrə 5 nəfər tutuldu
-
Ronaldo ilə Jorje Jesus arasındakı qalmaqalla bağlı həqiqət açıqlandı
-
Bu gün "Turan Tovuz" İstanbul nəhəngi ilə qarşılaşacaq
XƏBƏR LENTİ
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir
-
Silvestr Stallone buna görə 14 dəfə əməliyyat olunub
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
Bakıda avtobus aşdı: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun
-
Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi oldu - (Foto)
-
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
-
Bacısının toyunda əsgər qardaşının sürprizi - (Video)
-
Metroda kişi öldü
-
Nəfəsin efektsiz fotosu müzakirə yaratdı - (Fotolar)