Erməni oyunçunun şüvəni: "24 apreldə məni əsas komandadan qovdu"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiyanın "Spartak" (Moskva) futbol komandasının erməni əsilli hollandiyalı futbolçusu Araz Özbiliz türk əsilli isveçrəli baş məşqçi Murat Yakından ciddi narazılığını dilə gətirib.
APA-nın "Sport-Ekspress" qəzetinə istinadən verdiyi məlumata görə, A.Özbiliz M.Yakının onu uydurma erməni soyqırımının ildönümü kimi qeyd edilən 24 apreldə əsas komandadan qovduğunu deyib: "Həm gülməli, həm də kədərlidir ki, Yakın məni "Spartak"ın əsas komandasından qovduğunu Osmanlı İmperiyasında ermənilərin soyqırımının ildönümündə bəyan etdi".
2014-cü ilin iyununda ciddi zədələnən A. Özbiliz hazırda özünü çox yaxşı hiss etdiyini söyləyib: "Lakin rəsmi versiyaya görə, mən hələ də zədəliyəm. Halbuki özümü çoxdan bəri əla hiss edirəm və yüz faiz hazıram. Bir aydan çoxdur ki, fiziki hazırlıq üzrə məşqçi ilə hazırlıqları başa çatdırmışam. Aydındır ki, bu mərhələdən sonra oyun kondisiyası toplamaq lazımdır ki, əvvəlki səviyyəmə çıxa bilim. Lakin ötən 5-6 həftə ərzində heç bir irəliləyişə nail ola bilməmişəm. İmkan verilmir. Komanda ilə sonuncu dəfə aprelin 17-də, "Mordoviya" ilə oyundan bir gün əvvəl məşq etdim. Ertəsi gün komandamız qalib gəldi və məşqçi oyunçulara 3 gün icazə verərək köməkçiləri ilə birlikdə İsveçrəyə getdi. Komandada heç kim qalmadı. Anlamıram, peşəkar futbolda necə ola bilər ki, 4 məşqçinin hamısı eyni vaxtda getsin və komandaya tezliklə qayıtmaq istəyən oyunçunu hazırlaşdırmaq üçün kimsə qalmasın. Lazımi səviyyədə ünsiyyət yoxdur. Sonra məşqçilər qayıtdılar və bizi iki məşq gözləyirdi. Birində ümumi qrupda çalışdım, digərində isə Denis Qluşakov və Joao Karlosla birlikdə ayrıca çalışdıq. Yakına dedim ki, son bir ildə ilk dəfədir ki, gündə iki dəfə məşq edirəm. Ertəsi gün məşqin sonunda diz əzələlərimdə azacıq yorğunluq hiss etdim və bunu məşqçiyə söylədim. O isə bütün məşqçiləri və həkimləri toplayaraq mənim hələ hazır olmadığını elan etdi. Şoka düşdüm".
A. Özbiliz belə məşqçi ilə çalışmaq istəmədiyini vurğulayıb: "Mən demirəm ki, dərhal əsas heyətdə oynamalıyam, lakin mən komanda ilə birlikdə çalışmaq istəyirəm ki, tezliklə lazımi kondisiyaya çatım. İnsanlara belə münasibətlə və kollektivdəki bu cür mikroiqlimlə uğurlara nail olmaq mümkün deyil. Mən də, digər futbolçular da komandada baş verənləri anlamırıq. Məni ikinci komandaya göndərəndə komanda yoldaşlarım buna inanmadılar. Soruşurlar ki, niyə? Cavab verə bilmirəm. Mən hər zaman belə fikirləri yaxına buraxmamışam, amma indi özümə sual verirəm ki, bəlkə baş verənlər mənim erməni, məşqçinin isə türk olması ilə əlaqədardır? Bəs Movsisyan nə düşünsün? Son illər hər mövsümdə azı 15 qol vurub, lakin birdən ona inanmırlar və meydana buraxmırlar. Ölkədə ən yaxşı hücumçulardan biri olan Movsisyan birdən-birə necə ehtiyat oyunçuya çevrilə bilər?.."
Qeyd edək ki, Araz Özbiliz İstanbulda doğulub, daha sonra ailə Hollandiyaya köçüb və Araz məşhur "Ayaks" klubunda peşəkar futbola başlayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Beşiktaş"dan 20 milyon avroluq transfer (Foto)
-
Baş məşqçi Argentina ilə matçdan öncə gözlənilməz qərar verdi
-
Kanada Mərakeşə qarşı
-
Cokoviç Federerə şərik oldu
-
Zamiq Bodrumda oğlunu Fatih Terimlə görüşdürdü - (Foto)
-
Ronaldo matç öncəsi görüntüsü ilə müzakirə yaratdı: Təkcə su içirəm demişdi... - (Video)
XƏBƏR LENTİ
-
İran Yaponiya ilə neft satışını müzakirə edir
-
Tovuzda siqaretə görə qətl - Öldürdüyü adamın yasında da iştirak edib
-
Zəngilanda bir nəfər çayda boğulub
-
"Bəxt üzüyü"nün Sedası ilə bağlı bilinməyənlər: "Amerikadakı toyunda ruslar və yəhudilər..."
-
"Beşiktaş"dan 20 milyon avroluq transfer (Foto)
-
Övladları ilə birlikdə faciəvi şəkildə həlak olan Şərifin (Fotosu)
-
Milli İncəsənət Muzeyində “Əli bəy Hüseynzadə: böyük mütəfəkkir və rəssam” adlı sərginin açılışı və elmi seminar keçirilib - FOTO
-
Fatiməni qətlə yetirən şəxs Türkiyədə saxlanıldı
-
Baş məşqçi Argentina ilə matçdan öncə gözlənilməz qərar verdi
-
İsmayıllıda ağır qəzada ölən həkimin (Fotosu)
-
Kanada Mərakeşə qarşı
-
ATƏT PA-da Azərbaycan Belarusa dəstəyini ifadə edib
-
İçərişəhərdəki Qoşa Qalada açıq hava məkanında Shahin Novrasli Festival açıldı - FOTO
-
"Arzum" ilk dəfə danışdı: "Hələ də şokdayam"
-
Ermənistanda seçki mübahisəsinə son qoyuldu
-
Ağdamda Ata və azyaşlı övladı öldü - Yenilənib
-
Çin şirkəti "Louis Vuitton"a 1,5 milyon dollar təzminat ödəyəcək
-
Evdə bu 5 əşya varsa, kasıblıq qaçılmazdır
-
Əməkdar artist: "2 dəfə səs tellərimdən əməliyyat olundum"
-
Küləklə bağlı xəbərdarlıq edildi
-
Yasamalda evdə baş verən partlayışın anbaan (Videosu)
-
Zelenski Putinə bu şəhərdə görüşməyi təklif etdi
-
7-ci sinif şagirdi vəfat etdi
-
Tramp Tokio səmasında





