Bəhram Bağırzadə: ""Böyük oyun" nə deməkdi?"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az "Neftçi"nin Müşahidə Şurasının üzvü Bəhram Bağırzadənin apasport.az saytına müsahibəsini təqdim edir.
- "Neftçi" ölkə çempionatının XXIX turu çərçivəsində bu gün "Xəzər Lənkəran"la "Böyük oyun" adlandırılan matça çıxacaq. Siz bu ifadəni qəbul edirsizmi?
- Mənim üçün "Böyük oyun" kubokun yarımfinalında "İnter"lə keçirəcəyimiz matçlar olacaq. İstəyirik ki, qələbə qazanıb, finala adlayaq və həlledici qarşılaşmada da qalib gələrək, kuboka sahib çıxaq. "Xəzər Lənkəran"la görüş isə bizim üçün adi oyunlardan biridi. Qalib gəlsək, lap yaxşı, heç-heçə oynasaq da, pis olmaz.
- "Böyük oyun" ifadəsini qəbul etməməyiniz "Xəzər Lənkəran"ın hazırkı durumu ilə bağlıdı, ya necə?
- Mən, ümumiyyətlə başa düşmürəm ki, "Böyük oyun" nə deməkdi? Nə "KVN"çi, nə azarkeş, nə də adi vətəndaş kimi bunu anlayıram. Ya bütün görüşlər "Böyük oyun" adlandırılmalıdı, ya da heç biri. "KVN" vaxtlarında istər Luqansk, istər Moskva şəhərinin, istərsə də Rusiya və Ukraynanın digər komandaları ilə görüşəndə həmin oyunların hamısı mənim üçün "Böyük oyun" idi. Heç vaxt fərq qoymurdum. Hamısına "Böyük oyun" kimi hazırlaşırdım ki, qalib gələm. Amma biz ondan şou düzəltmirdik. Şuranın üzvü kimi çox istərdim ki, bu gün "Neftçi" qələbə qazansın. "Xəzər Lənkəran" tərəfi də istəyir ki, onlar qalib gəlsinlər. Qələbə istəmək normal haldı. Bundan ancaq Azərbaycan futbolu qazanır, futbolumuz qalib gəlir.
- Maraqlıdı, "Neftçi" hansı komanda ilə qarşılaşsa, həmin matçı "Böyük oyun" kimi qəbul edərsiz?
- Təbii ki, "Barselona", "Real" və "Bavariya" kimi komandalarla oynasa, bu ifadəni işlədərəm.
- Gəlin, razılaşaq ki, indiki vəziyyətdə bu, real görünmür...
- Niyə? İnanın mənə, hamısı özümüzdən asılıdı. Üzeyir Hacıbəyov birinci operanı yazanda ətrafda hamı gülürdü ki, Azərbaycan hara, opera hara? Və yaxud azərbaycanlı opera yaza bilərmi? Üzeyir bəy yazdı və sübut elədi ki, "Arşın mal alan", "O olmasın, bu olsun" və digər əsərlərimiz də var. Şərqdə metro və elektrik qatarı birinci dəfə bizdə istifadəyə verilib. Əslində metro daha tez, 1939-cu ildə tikilməli idi. Təməl daşı qoyulsa da, müharibə ilə əlaqədar olaraq, 1967-ci ildə, yəni gec təhvil verildi. Amma yenə də şərqdə birinci metro bizdə salınıb. Balet də şərqdə birinci bizdə olub. Desək ki, Azərbaycanda mümkün deyil, yox, mümkündü. Biz "KVN"ə başlayanda deyirdilər ki, "KVN" azərbaycanlıların oyunu deyil və heç vaxt Azərbaycan Rusiya və MDB ölkələrində təmsil oluna bilməz. Sübut elədik ki, çempion olmaq da, kuboka sahib çıxmaq, "Əsrin çempionu" adını qazanmaq da olar. Sadəcə, vaxt, zaman lazımdı. Bir də öz üzərimizdə işləməliyik. Əgər bunu edə bilsək, futbolda da uğur qazana bilərik.
- "Xəzər Lənkəran"la matçı stadiondan izləyəcəksiniz?
- Xeyr. Mən Bakıda keçiriləcək Avropa Oyunlarının ulduz səfiriyəm. Az vaxt qalıb. Hazırda roliklərdə çəkilirəm. Buna görə də Lənkərana gedə bilmədim. Amma bütün azarkeşləri ayın 13-də "Bakcell Arena"ya, yəni "Neftçi" - "İnter" matçına dəvət edirəm. Mən özüm həmin görüşü azarkeşlərlə bir sektorda əyləşib, izləyəcəm.
- Belə hiss olunur ki, sizin üçün indiki vəziyyətdə çempionatdan çox kubok önəm daşıyır...
- Kuboku qazanmağa iki addım qalıb. Çempionatda isə iddiamız böyük deyil. Əfsuslar olsun ki, "Neftçi" bu mövsüm çempion ola bilməyəcək. Liderlə aradakı xal fərqi çoxdu. "Qarabağ"ı indidən çempionluq münasibətilə təbrik edirəm. O komanda artıq çempiondu, uğurlar arzulayıram. Amma kuboku götürməyə imkan var və niyə də götürməyək?
- Avropa Oyunlarının ulduz səfiri olmağınız "Neftçi"dəki işinizə problem yaratmayacaq?
- Xeyr. Orda nə iş var ki? Mən Avropa Oyunlarında çimərlik futbolunun səfiriyəm. Yəni orda da futbol işləri ilə məşğulam. Həm də ki, Müşahidə Şurasında 7 nəfərik. Bir nəfər olmayanda, digər 6 nəfər işini görür. Biz bir komandayıq. Təkcə mən yox, hamı işləyir və Çingiz Abdullayev də rəhbərimizdi. Digər tərəfdən, Avropa Oyunları da yaxşı keçməlidi, çünki dövlətimizin adını təmsil edir.
- "Simurq"la çempionat matçında Nikolas Kanales formasını yerə atdığına, Julius Vobay isə qeyri-etik jest göstərdiyina görə çox tənqid olundu. Sizin bu məsələyə münasibətiniz necədi?
- Bununla bağlı çox müzakirə getdi, geniş danışmaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, futbolçulara müəyyən şeylər başa salınıb.
- Yayda "transfer pəncərəsi" açılacaq və komandaya yeni futbolçuların gətirilməsi üçün şərait yaranacaq. Necə düşünürsüz, "Neftçi"də çox dəyişiklik olmalıdı?
- Hələ bu məsələni müzakirə etməmişik. Amma "Neftçi"sevər kimi onu deyə bilərəm ki, gələn il çempion olmaq istəyiriksə, dəyişikliklər olmalıdı. Olmaması üçün futbolçular özlərini yaxşı tərəfdən göstərməlidilər ki, əsas heyətdə möhkəmlənə bilsinlər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ailəsi üçün öz xəyallarından əl çəkən 3 bürc
-
"Mənə yaxınlaşıb dedilər ki, Zaurla evlənsəniz..."
-
Bu hallarda dövlət qulluğuna test imtahanının nəticəsi ləğv ediləcək
-
Təbiətə 124 min manata yaxın ziyan vuruldu
-
1988-ci ilin binası sökülür – Sakinləri kirayə evlərə köçürüldü
-
Zelenski: Rusiya Prezident Ofisinə zərbə endirməyə hazırlaşır - FOTO
-
Qurban bayramı namazının vaxtı açıqlandı
-
“Hətta indi kişi olmaya bilərdim”
-
Neymar görün haranın vətəndaşlığını aldı
-
Fatma Mahmudovanın qızı nişanlandı
-
TDT-yə üzv dövlətlərin başçıları Türküstan Bəyannaməsini imzalayıb
-
Maksimum balı o topladı
-
Hantavirusu evdə belə yoxlamaq olar
-
Təsdiqlənməmiş müraciətlər sistemdən silinəcək - XƏBƏRDARLIQ
-
Röya "YouTube"dan silinən mahnısından DANIŞDI
-
Bu yol ÇÖKDÜ - Sürücülərin DİQQƏTİNƏ
-
Vətəndaş 20 manat yükləsə də, balansda 18 manat görünüb - Səbəbi bu İMİŞ
-
Xalq artistinə bəxşiş verməyi reklam edən şəxs QINANDI - VİDEO
-
Bu peşələrə tələbat ARTACAQ - Bacaranlar SEVİNSİN
-
Makron və həyat yoldaşı ilə bağlı diqqətçəkən iddia
-
Evi, obyekti olanların NƏZƏRİNƏ: Bunu etməyənlər cərimələnəcək
-
Putin müəllimini şam yeməyinə apardı - VİDEO
-
ADY WUF13 günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü ilə bağlı paylaşım edilib - FOTO





