Bombardirimiz: "Babək, mən bilən, döyüşkən adam olub"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Futbolu ayaqla yox, başla oynayırlar" deyimi artıq aksioma çevrilib. Futbolu başla oynamaq üçün isə ilk növbədə başın olması vacibdir. Ağıllı, məntiqlə düşünə bilən başın. Amma nə yazıq ki, Azərbaycanda belə futbolçular azdır. Biz demirik ki, azərbaycanlı futbolçu alim olmalıdır, tariximizi, ədəbiyyatımızı mükəmməl bilməlidir. Yox, buna heç ehtiyac da yoxdur. Amma sadə həqiqətləri, faktları bilməlidirlər axı. Hər kəsin oxumağa belə, ehtiyac olmadan bildiyi faktları, elementləri deyirik. Bunu da bilmirlər.
Deyirik ki, onlar heç olmasa nəticə çıxarsınlar, nəsə öyrənməyə cəhd etsinlər. Cəhd etsinlər ki, futbolu da ayaqla yox, başla oynasınlar. Oynasınlar ki, özləri futbolçu olsun, Azərbaycanda da futbol olsun. Azərbaycan çempionatının bombardiri, perspektivli futbolçu sayılan Nurlan Novruzovun "Futbol+" qəzetinin "Bura vətəndir" rubrikasının suallarına verdiyi cavabları oxuyun:
- Xəlil Rza Ulutürk kimdir?
- Belə suallar verəcəksənsə, gəl indidən sağollaşaq.
- Abşeron yarımadası hansı istiqamətdən suyla əhatə olunmayıb?
- Vallah, bilmirəm.
- Yaxşı, Babəki tanıyırsan da?
- Babək kimdir? Koroğlu, Babək, onları deyirsən?
- Ümumiyyətlə, Babək kimdir?
- Mən bilən, döyüşkən adam olub.
- Kimlərə qarşı döyüşüb?
- Babək, yəqin ki, müsəlmandı, xristianlara qarşı döyüşüb.
- Aydındır. "Çahargah", "Humayun" və ya "Şüştər". Söhbət nədən gedir?
- Bilmirəm, qardaşım...
- Əbülfəz Elçibəyin təmsil etdiyi partiyanın adı nə idi?
- Yox, belə şeyləri bilmirəm.
- "Bəxtiyar" filminə baxmısan? Bəxtiyar obrazını kim canlandırıb?
- Adını eşitmişəm, amma baxmamışam. Yox, bilmirəm.
- 20 Yanvar şəhidlərindən heç olmasa ikisinin adını çəkə bilərsən?
- Dondum, qaldım ey...
- Xiyabana girəndə birinci kimlərin məzarını görürük?
- İnanırsan, Şəhidlər xiyabanında olmamışam.
- İntertoto kuboku da daxil olmaqla avrokuboklarda ilk mərhələ adlayan klubumuzun adını deyə bilərsən?
- "Bakı" olub da.
- İlk mərhələ keçən?
- Lap əvvəlləri deyirsən?
- Hə, ilk dəfə hansı klubumuz mərhələ adlayıb?
- Mən bilən, "Şəmkir" keçib, deyəsən.
- İlk dəfə İntertoto kubokunda "Qarabağ" mərhələ adlayıb.
- Bilmirdim.
- ""Azərbaycan" deyiləndə ayağa dur ki, Füzulinin ürəyinə toxuna bilər". Yəqin ki, bu misraların müəllifinin kim olduğunu da bilməzsən...
- Yox.
- Heç olmasa, Məmməd Arazı tanıyırsan?
- Yox ey, yox, tanımıram.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ailəsi üçün öz xəyallarından əl çəkən 3 bürc
-
"Mənə yaxınlaşıb dedilər ki, Zaurla evlənsəniz..."
-
Bu hallarda dövlət qulluğuna test imtahanının nəticəsi ləğv ediləcək
-
Təbiətə 124 min manata yaxın ziyan vuruldu
-
1988-ci ilin binası sökülür – Sakinləri kirayə evlərə köçürüldü
-
Zelenski: Rusiya Prezident Ofisinə zərbə endirməyə hazırlaşır - FOTO
-
Qurban bayramı namazının vaxtı açıqlandı
-
“Hətta indi kişi olmaya bilərdim”
-
Neymar görün haranın vətəndaşlığını aldı
-
Fatma Mahmudovanın qızı nişanlandı
-
TDT-yə üzv dövlətlərin başçıları Türküstan Bəyannaməsini imzalayıb
-
Maksimum balı o topladı
-
Hantavirusu evdə belə yoxlamaq olar
-
Təsdiqlənməmiş müraciətlər sistemdən silinəcək - XƏBƏRDARLIQ
-
Röya "YouTube"dan silinən mahnısından DANIŞDI
-
Bu yol ÇÖKDÜ - Sürücülərin DİQQƏTİNƏ
-
Vətəndaş 20 manat yükləsə də, balansda 18 manat görünüb - Səbəbi bu İMİŞ
-
Xalq artistinə bəxşiş verməyi reklam edən şəxs QINANDI - VİDEO
-
Bu peşələrə tələbat ARTACAQ - Bacaranlar SEVİNSİN
-
Makron və həyat yoldaşı ilə bağlı diqqətçəkən iddia
-
Evi, obyekti olanların NƏZƏRİNƏ: Bunu etməyənlər cərimələnəcək
-
Putin müəllimini şam yeməyinə apardı - VİDEO
-
ADY WUF13 günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü ilə bağlı paylaşım edilib - FOTO





