İdman

Futbolçumuzun evi dağılır, özü hələ "yuxudadır" - FOTO

9 Aprel 2015 13:00
0 Şərh     Baxış: 6 084
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Sirkə nə qədər tünd olsa, öz qabını çatladar". Atalarımız bu məsəli elə bu günlərimizi düşünərək deyiblər. Bir müddət əvvəl özü öz evini rəsmən yıxan gənc futbolçumuz Vurğun Fərəczadə, görünür, olanlardan dərs götürməyib.

Vurğunun başı qalmaqaldan ayılmır ki, ayılmır. Belə ki, bir neçə ay öncə Vurğun Fərəczadə mətbuatın tənqid atəşinə tuş gəlmişdi. O zaman avtomobili yüksək sürətlə sürmək (200 km/s - red.), zərərli maddələrdən istifadə etmək və s. bu kimi şakərləri üzündən mətbuat və cəmiyyət tərəfindən "nişangah"a alınmışdı. Bütün bunlardan sonra "Kəpəz" klubu Vurğun Fərəczadəni komandadan qovaraq cəzalandırmışdı.

Vurğunun bundan sonra başını aşağı salıb normal futbolunu oynaması gözlənildiyi halda, o yenə ümidləri doğrultmadı. Milli.Az-ın məlumatına görə, aprelin 5-i ad gününü qeyd edən Fərəczadə Vurğun dostları ilə birlikdə məclis təşkil edib. Süfrədə nə desən - siqaretindən tutmuş, araq və viskisinə kimi tapmaq olar. Sosial şəbəkədə bu fotonu paylaşan Vurğun yenə diqqətləri öz üzərinə çəkərək bu dəfə "yeni aldığı ev"i yıxmaq qərarına gəlib. Hətta şərhdə bir tanışı ona xəbərdarlıq edir ki, içki içmə sən. Vurğun isə cavabında bildirir ki, içkini axşam klubda içəcək. Bir futbolçunun, idmançının bu cür lazımsız maddələrlə özünü zəhərləməsi, karyerasını heçə sayıb korlamasına sadəcə üzülmək qalır.

Yol yaxınkən bu tip vərdişlərdən vaz keçmək, karyeraya sahib çıxmaq lazımdır. Kef hər zaman var. "Sonrakı peşmanlıq fayda verməz". Versə belə, ondan bir xeyir gəlməz.

Niyaməddin Şirinov
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.