İdman

Ronaldu 300-ə çatdı

9 Aprel 2015 11:59
1 Şərh     Baxış: 920
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Üç dəfə Avropanın ən yaxşı futbolçusu seçilən Kriştianu Ronaldu dünən "Rayo Valyekano" ilə keçirilən çempionat oyununda yubiley qoluna imza atıb. Apasport.az saytının məlumatına görə, 30 yaşlı hücumçu Madrid "Real"ının heyətində 300-cü qolunu vurub.
  

Matçın 68-ci dəqiqəsində fərqlənən Ronaldu 301-ci qolunu da vura bilərdi. Di gəl ki, hakim cərimə meydançası daxilində ona qarşı edilən kobudluğu penalti yox, simulyasiya kimi dəyərləndirib.
  

Qeyd edək ki, Ronaldu 288 matçda imza atdığı 300 qoldan 214-nü Primeroda, 60-nı Çempionlar Liqasında, 21-ni İspaniya Kral Kubokunda, 3-nü İspaniya Superkubokunda, 2-ni isə UEFA Superkubokunda vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.