"İnter"i turnirdən uzaqlaşdıran komandanın çalışdırıcısı öldü
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İsveç millisinin sabiq hücumçusu Klas İnqesson 46 yaşında dünyasını dəyişib. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu barədə keçmiş futbolçunun 2013-2014 mövsümündə çalışdırdığı "Elfsborq" klubunun rəsmi saytı məlumat yayıb.
İnqessonun ölüm səbəbi isə onun 5 ildir ki, əziyyət çəkdiyi xərçəng xəstəliyi olub.
Qeyd edək ki, Klas futbolçu karyerasına 1986-1990 mövsümündə formasını geyindiyi "Höteborq" klubunda başlayıb. O, daha sonra Belçika "Mexelen"i, (1990-1993), Hollandiya PSV-si (1993-1994), İngiltərə "Şeffild Uensdey"i (1994-1996), İtaliya "Bari"si (1996-1998), "Bolonya"sı (1998-2000) və "Leççe"si (2001), Fransa "Marseli" (2000-2001) kimi məşhur komandaların heyətində çıxış edib. İnqesson 1989-1998-ci illər arasında İsveç yığmasının şərəfini qoruyub. O, 57 matçda meydana çıxıb və rəqib qapılarından 13 top keçirməyi bacarıb.
Xatırladaq ki, "Elfsborq" bu mövsüm Avropa Liqasının II təsnifat mərhələsində Bakı "İnter"i ilə qarşılaşıb. Ölkəmizdə keçən oyunda "bankirlər" 1:0 hesabı ilə rəqibi məğlub etmişdilər. İsveçdə isə meydan sahibləri eyni hesabla qələbəyə sevindiyindən, qalibin adına penaltilər seriyasında aydınlıq gəlinib. 11 petrlik cərimə zərbəsini daha dəqiq yerinə yetirən "Elfsborq" (4:3) növbəti mərhələyə adlamışdı. "İnter"in uduzub, turnirlə vidalaşdığı görüşdə isə isveçlilərin "sükanı arxasın"da Klas İnqesson olmuşdu.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Almaniya XİN başçısı Prezident İlham Əliyevə təşəkkür edib
-
Bella və Cici Hadidin atası özündən 35 yaş kiçik rus modellə evlənir - (Foto)
-
Kürdəmirdə 6 otaqlı ev əşyaları ilə birlikdə kül oldu - (Foto)
-
Samuxda minik maşını aşıb, ölən və xəsarət alan var - Yenilənib
-
Bakıda 23 yaşlı qadın qətlə yetirildi - ögey qardaşı saxlanıldı
-
Birinci kurs tələbəsi vəfat etdi
-
Rusiyanın Kemerovo vilayətində "An-12" qəzaya uğrayıb, 17 nəfər həlak olub
-
İran PUA texnologiyalarını Ermənistana ötürüb? – Eyni dron İrəvanda istehsal olunur
-
Azərbaycanda iki sosial müavinət artırılır - Yeni məbləğ
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakının məşhur şadlıq sarayları təftiş edildi: Qonaqlara mal əti əvəzinə nə yedirilib? - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyanın xarici işlər nazirini qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - (Foto)
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto/Video)
-
U-17 millimiz Litva ilə heç-heçə etdi
-
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - (Foto/Video)
-
Aparıcı Çinarə körpə qızı ilə nənəsinin yubileyində - (Video)
-
İran Xameneinin ölümünə görə 159 nəfərə ittiham irəli sürüb
-
Aktrisa Leyla Musayeva vəfat etdi
-
“Ihlamurlar Altında”nın əfsanəvi cütlüyü 21 il sonra bir arada - (Video)
-
Bu tələbələrə hərbi xidmətdən möhlət verilməyəcək
-
Aşıq Zülfiyyə ilə Telli Borçalı arasında "buzlar əridi" – Barışdılar
-
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
-
Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq





