Müxtəlif bölgələrdə uşaqlar üçün günərzi qayğı və reabilitasiya mərkəzləri yaradılıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişləri əsasında ixtisaslaşmış QHT-lər tərəfindən xüsusi qayğıya ehtiyac duyan uşaqlara sosial xidmətlərin göstərilməsi istiqamətində cari ilin ötən dövründə də müxtəlif layihələr icra olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, layihələr çərçivəsində respublikanın 11 rayonunda (Lənkəran, Yardımlı, Ağsu, Tovuz, Astara, Beyləqan, Yevlax, Qax, Ağcabədi, Qazax, Bərdə) günərzi qayğı mərkəzləri və Bakı şəhərində, Zaqatala, Biləsuvar, Cəlilabad, Şəmkir rayonlarında icma əsaslı reabilitasiya mərkəzləri yaradılıb.
Həmçinin Bakıda sosial təhlükəli vəziyyətdə olan kimsəsiz uşaqların sosial reabilitasiyası üçün il ərzində 350-500 uşağa xidmət göstərən 2 sığınacaq, 50 nəfər daun sindromlu uşağa xidmət göstərən reabilitasiya mərkəzi, 50 nəfər lal-kar və zəif eşitmə qabiliyyəti olan uşağa xidmət göstərən surdoloji mərkəz, Şəki şəhərində 50 nəfər əqli geriliyi olan uşağa xidmət göstərən psixo-sosial dəstək mərkəzi, Bakı və Gəncə şəhərlərində ümumilikdə 100 nəfər sağlamlıq imkanları məhdud uşaq üçün sosial reabilitasiya mərkəzləri fəaliyyətə başlayıb.
Ötən il icra edilməyən layihələr işə salınmaqla, Bakı şəhərində 50 nəfər uşağa sosial xidmət göstərən 2 autizm mərkəzinin, görmə qabiliyyəti zəif olan uşaqlar üçün informasiya mərkəzlərinin, sağlamlıq imkanları məhdud uşaqlara xüsusi proqramlarla idman, incəsənət və xalq sənət növlərinin öyrədilməsinə yardım edən mərkəzin, ailə tipli kiçik qrup evinin yaradılması təmin edilib. Bununla yanaşı, Şabran, Quba, Xızı və Siyəzən rayonlarında 7 yaşadək uşaqlar arasında əlilliyin qarşısının alınması və sağlamlıq imkanları məhdud uşaqların "Portec" metodikası ilə sosial reabilitasiyası məqsədilə 100 nəfər uşağı əhatə edən layihə icra olunur.
Layihələr çərçivəsində 117 nəfər sağlamlıq imkanları məhdud uşaq valideynləri ilə birlikdə Litvada reabilitasiya kursu keçib, belə uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara qarşı ictimaiyyətin diqqətinin artırılması üçün təbliğat kampaniyaları aparılıb.
Sosial sifarişləri icra edən təşkilatların müstəqil monitorinqinin aparılması üçün də ayrıca layihə həyata keçirilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
-
Premyer Liqa: "Sabah" ardıcıl beşinci qələbəsini qazanıb
-
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
-
Rəşad Sadıqovla hakim arasında gərginlik - (Video)
-
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
XƏBƏR LENTİ
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)
-
Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir
-
Paşinyan yenə öz ampulasında - (Video)





