İdman

Ronaldu mesajını verdi

13 Oktyabr 2014 18:13
2 Şərh     Baxış: 1 092
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Hədəfim hər zaman zirvədə olmaqdır. Son 6-7 ildə əldə etdiyim uğurlara baxsaq, üçüncü dəfə "Qızıl top"u qazanmağım fantastika sayılmayacaq".
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Real" (Madrid) klubunun hücumçusu Kriştianu Ronaldu Britaniya mətbuatına açıqlamasında deyib.
 

Portuqaliyalı futbolçu üçüncü dəfə "Qızıl top" mükafatını qazanmaq istədiyini bildirib: "Səs verəcək məşqçilər və kapitanların doğru seçim etmələri üçün vaxtları var. Üçüncü dəfə "Qızıl top" mükafatını qazanmaq istəyirəm. Bunun üçün əlimdən gələn hər şeyi edəcəm. Nəticəni isə yanvarda görəcəyik".
 

Qeyd edək ki, Ronaldo 2008 və 2013-cü illərdə dünyanın ən yaxşı futbolçusu adını qazanıb.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.