Dünya

İranda nüvə mərkəzi Rəisinin adını daşıyacaq

26 May 2024 09:00
Baxış: 444
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın İsfahan şəhəri yaxınlığında yerləşən uran emalı üzrə nüvə mərkəzi mayın 19-da helikopter qəzasında həlak olan Prezident İbrahim Rəisinin adını daşıyacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə mərkəzin mətbuat xidməti məlumat yayıb.

"Prezidentin ölkədə nüvə sənayesi və nüvə texnologiyasının inkişafına xüsusi diqqətini nəzərə alaraq İsfahan nüvə zonasına şəhid Ayətullah Rəisinin adı verilib", - məlumatda deyilir.

Uran emalı mərkəzi ölkədə nüvə yanacağının istehsalında böyük rol oynayır. 2024-cü ilin fevralında mərkəzin ərazisində gücü 10 MVt olan dördüncü tədqiqat nüvə reaktorunun tikintisinə başlanılıb.

Reaktorun gücü ölkənin bütün daxili ehtiyaclarını ödəməklə yanaşı, İrana bu məhsulları ixrac etmək imkanı da verəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.