İdman

""Qarabağ" istəyi sayəsində "İnter"ə qalib gələ bilər"

29 Sentyabr 2014 17:47
0 Şərh     Baxış: 822
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Futbolda hər şey mümkündür. Heç vaxt görüşün necə bitəcəyini bilmək olmaz".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın albaniyalı müdafiəçisi Ansi Aqolli deyib.
  

Albaniya yığmasının üzvü UEFA-nın saytına verdiyi açıqlamasında Milan səfəri öncəsi danışıb. Aqollinin sözlərinə görə, onlar İtaliyada sürpriz nəticəyə nail ola bilərlər: "Kim düşünərdi ki, Albaniya yığması Portuqaliyada qalib gələcək? Ancaq biz bunu bacardıq. "Qarabağ" istəyi sayəsində "İnter"ə qalib gələ bilər. Bununla belə, biz rəqibin irəli xətdəki hücumlarını unutmamalıyıq. Bu komanda bütün dünyada məşhurdur. Ona görə də bizim qarşımızda asan tapşırıq durmur".
  

Qeyd edək ki, "İnter" - "Qarabağ" matçı oktyabrın 2-də saat 00:05-də başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.