İdman
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
""Qarabağ"ın nəyə qadir olduğunu İtaliya "İnter"inə də göstərməliyik"
29 Sentyabr 2014 15:47
0 Şərh
Baxış: 871
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər verir ki, "Qarabağ" klubunun makedoniyalı yarımmüdafiəçisi Muarem Muarem qol.az saytına müsahibəsində Premyer Liqamızın 7-ci turunda "Neftçi"yə qalib gəldikləri oyundan (3:1) və Avropa Liqasının qrup mərhələsində oktyabrın 2-də İtaliya "İnter"i ilə qarşılaşacaqları matçdan danışıb.
- Əvvəlcə "Neftçi" ilə görüş haqda fikirlərini öyrənək.
- Son bir həftədə yaxşı hazırlıq keçirdik. Qarşıdan gələn hər iki vacib oyunun məsuliyyətini yaxşı dərk edirdik. Hər bir komanda ilə oyunumuz çətin keçir. Ancaq "Neftçi" ilə qarşılaşma bir qədər fərqlidir. Yəni bu, bir derbidir. Derbi oyunlarını asanlıqla qazanmaq olmur. Buna görə də çox şadıq. Hər zamankı kimi layiqli qələbə qazandıq. İnanıram ki, qələbələrimizi sıralayacağıq.
- "Neftçi" tərəfi bu nəticəni ədalətli hesab etmir.
- Biz, onsuz da, rəqibi üstələyirdik. "Neftçi" penalti epizodundan narazıdır. Bu haqda bir söz deyə bilmərəm. Hər halda yan xətt hakimi nəsə görüb ki, baş hakimə penalti olduğunu deyib. Düşünürəm ki, bir qol heç nəyi dəyişmir. Yəni penalti olmasa da, qələbə qazanmaq əzmində idik. Görünürdü ki, biz qələbəni daha çox istəyirik.
- Son oyunlar göstərir ki, "Qarabağ"da əvəzolunmaz futbolçu yoxdur. Razısan bu fikirlə?
- Təbii ki, komanda belə olmalıdır. Heyətdə olan 25 futbolçunun hamısı oyuna hazır olmalıdır. Bəzən ehtiyatda qalan futbolçu əsas heyət üzvündən daha yaxşı çıxış edir. Təbii ki, istəməzdik ki, Çumbinyo, Danilo Dias və kapitanımız Rəşad Sadıqov kimi futbolçularımız zədələnsin. Şükürlər olsun ki, bu gün hər bir futbolçumuzu əvəzləmək mümkündür.
- Sizi Avropa Liqasının qrup mərhələsində İtaliya "İnter"i ilə oyun gözləyir. Bu qarşılaşma haqda nə düşünürsən?
- Ümumiyyətlə, qrup mərhələsinin oyunlarına yaxşı başlamışıq. Bəlkə də, qrupun ilk oyununda "Sent Etyen"ə qalib gəlməli idik. Ancaq özünüz də gördünüz ki, hər halda yaxşı oyun sərgilədik. Matçdan sonra hamı bu haqda danışırdı. "İnter"lə qarşılaşma isə çox çətin olacaq. Rəqibimiz kağız üzərində favorit sayıla bilər. Ancaq biz İtaliyada çox rahat oynayacağıq. Üzərimizdə heç bir təzyiq yoxdur. İnanıram ki, Azərbaycana yaxşı nəticə ilə dönəcəyik.
- Qələbəni hər bir komanda istəyir. Ancaq real danışsaq, "Qarabağ"ın
səfərə bir xal üçün getdiyini demək olar?
- Bunu indidən demək bir qədər çətindir. Ancaq biz səfərə xal və xallar dalınca gedirik. Hər halda bir xal da bizim üçün uğurlu nəticə sayıla bilər.
Onu deyə bilərəm ki, səfərdə uduzmağı ağlımızdan keçirmirik.
- Qələbə qazanmağı necə, düşünürsünüz?
- Məncə, mümkünsüz heç nə yoxdur. Baxın, "İnter" ölkə çempionatında autsayder olan "Kalyari"yə 1:4 hesabı ilə məğlub oldu. Oyundan əvvəl heç kim bu hesabın qeydə alınacağını düşünməzdi. Biz də səfərə yaxşı əhval-ruhiyə ilə yollanırıq. İtaliyada da öz baxımlı oyunumuz sərgiləyəcəyik.
- Çətin oyun öncəsi belə iddialı olmaq alqışa layiqdir.
- Əlbəttə, niyə çəkinməliyik? Nəyə qadir olduğumuzu hər kəsə, eləcə də "İnter"ə göstərməliyik. Rəqibin adı qətiyyən bizi narahat etmir.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Nə türk qəhvəsi, nə də amerikano - Ən sağlam qəhvə bəlli oldu
-
Televizorda görüntü keyfiyyətini belə artırmaq olar
-
110 yaşdan çox yaşayan insanların sirri
-
Ətir istifadə edənlərə xəbərdarlıq
-
Mixək çayının yaddaşa faydası
-
Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
-
İtlər hansı yaşda qocalmağa başlayır?
-
Paltarlardakı tiftikləri saniyələr içində yox edən üsul, təzə alınmış kimi olur
-
Dünyanın ən qısa uçuşu 53 saniyə çəkir: Biletin qiyməti 15 dollardır
-
20 metrlik ağaclara dırmaşıb, tək-tək yığırlar, kiloqramı 500 manatdır
-
Günün qoroskopu: Şərait nüfuzlu insanlarla dostluq etməyinizə imkan verəcək
-
Sənədsiz evlərə necə çıxarış almaq olar? - (Video)
-
“Slaviya” Bakıdadır - (Video)
-
Zelenski: Rusiya ilə enerji atəşkəsinə hazırıq
-
Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
-
Gəncədə 36 yaşlı kişi qətlə yetirildi, şübhəli atasıdır
-
Şəkil çəkdirmək istəyən şəxsi parçalayan pələnglə bağlı qərar verildi
-
Bahalı avtomobillər niyə qəfildən yanır? - (Video)
-
Mehmet Aslantuğ yenə özündən kiçik, kasıb qızla “evləndi" - (Video)
-
Zelenski Tramp barədə: "Putini dayandıra bilmədiyi üçün Ukraynaya təzyiq edir"
-
Toralın klubu məğlub oldu
-
Kredit faizləri ilə bağlı meyar dəyişdi - (Video)
-
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - (Video)
-
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var