İdman

"Partizan" Belqraddakı səfirliyimizə məktub göndərdi

27 Avqust 2014 12:40
0 Şərh     Baxış: 898
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Belqraddakı Daş Meydanında mərhum prezidentimiz Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin qarşısında qondarma "Dağlıq Qarabağ Respublikası"nın bayrağının qoyulması "Partizan" rəhbərliyini Belqraddakı Azərbaycan Respublikasının səfirliyinə məktub yazmağa vadar edib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, klub prezidenti Draqan Curiçin adından yazılan məktubda göstərilir:
  

"Partizan" FK "Neftçi" və bizim klub arasındakı matçlara kölgə salmaq istəyən ekstremal təxribat və insidentlərə görə dərin təəssüf və son dərəcədə narazılığını bildirir. "Partizan" bu zorakı davranışı qətiyyətlə pisləyir və idmandan siyasi məqsədlərlə istifadə edənləri pisləyir.

Hesab edirik ki, bu, Azərbaycan və Serbiya arasında sıx münasibətləri və əməkdaşlığı pozmağa, iki xalq arasında dostluq və birliyə zərər vurmağa cəhddir. Əminik ki, bu cəhd uğursuzluğa düçar olacaq və bu insidentdə günahkarlar hüquqi məsuliyyətə cəlb olunacaq.
 

Zəhmət olmasa, Azərbaycan ictimaiyyətinə çatdırın ki, xalqlarımız arasında dostluq ənənələrimizi idman sahəsində də qurmağa və yüksəltməyə davam etməkdə maraqlıyıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.