İdman

Çempionlar Liqası: "Arsenal", yoxsa "Beşiktaş"?

27 Avqust 2014 09:46
2 Şərh     Baxış: 919
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları davam edir.
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu gün baş tutacaq beş qarşılaşmadan sonra qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşəcək.

Azərbaycanlı azarkeşlərin də maraqla gözlədiyi qarşılaşma Londonda baş tutacaq. Burada yerli "Arsenal" Türkiyənin "Beşiktaş" klubu ilə qarşılaşacaq. Komandalar arasında Türkiyədə keçirilən ilk oyunda qapılara qol vurulayıb.

"Qarabağ"ı Çempionlar Liqasının pley-off mərhələsində mübarizədən kənarlaşdıran "Zalsburq" səfərdə İsveçin "Malmö" klubu ilə qarşılaşacaq.

Digər oyunlarda "Ludoqorets" (Bolqarıstan) "Styaua" (Rumıniya), "Atletik" (Bilbao, İspaniya) "Napoli" (İtaliya), Bayer" (Leverkuzen, Almaniya) isə "Kopenhagen"i (Danimarka) qəbul edəcək.
 

Qeyd edək ki, artıq Çempionlar Liqasında qrup mərhələsinin 5 iştirakçısının adı bəllidir. Bunlar "Zenit" (Rusiya), APOEL (Kipr), BATE (Belarus), "Maribor" (Sloveniya) və Portuqaliyanın "Portu" klubudur.


27 avqust


Çempionlar Liqası, pley-off mərhələsinin cavab oyunları

23:45. "Arsenal" (İngiltərə) - "Beşiktaş" (Türkiyə) (İlk oyun - 0:0)


23:45. "Atletik" (Bilbao, İspaniya) - "Napoli" (İtaliya) (İlk oyun - 1:1)


23:45. "Bayer" (Leverkuzen, Almaniya) - "Kopenhagen" (Danimarka) (İlk oyun - 3:2)


23:45. "Ludoqorets" (Bolqarıstan) - "Styaua" (Rumıniya) (İlk oyun - 0:1)


23:45. "Malmö" (İsveç) - "Zalsburq" (Avstriya) (İlk oyun - 1:2)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.