İdman

"Arsenal"dan "Şaxtyor"a 40 milyon funt-sterlinq

18 Avqust 2014 14:42
0 Şərh     Baxış: 910
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Şaxtyor" klubunun yarımmüdafiəçisi Duqlas Kosta üç komandanın transfer hədəfinə düşüb.


Milli.Az-ın qol.az-a istinadən verdiyi məlumata görə, 23 yaşlı futbolçu ilə "Arsenal", "Milan" və "Mançester Yunayted" klubları yaxından maraqlanır.


"Arsenal" klubu artıq futbolçunun keçidi üçün Donetsk təmsilçisinə rəsmi təklif göndərib. London klubu bu transfer üçün 40 milyon funt-sterlinqindən keçməyə hazırdır. "Şaxtyor" klubu hələlik bu təklifə münasibət bildirməkdə tələsmir.


Qeyd edək ki, Duqlas Kosta "Şaxtyor"un heyətində keçirdiyi 121 oyunda 25 qola imza atıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.