İdman

"Topçular" "Kral"ın əlcəyinə göz dikdilər

30 İyul 2014 09:39
0 Şərh     Baxış: 768
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Arsenal" klubu David Ospinanın ardından daha bir qapıçı ilə heyətini gücləndirməyi planlaşdırır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, London təmsilçisi "Real" (Madrid) klubunun qolkiperi İker Kasilyası transfer etmək istəyir.

"Topçular" artıq bu transferlə bağlı "Kral klubu"na rəsmi təklif göndərib. "Arsenal" 33 yaşlı qolkiperlə 5 illik müqavilə imzalamaq niyyətindədir. Lakin "Real" rəhbərliyi hələlik bu təklifə heç bir münasibət bildirməyib. "Real"ın baş məşqçisi Karlo Ançelottinin "Levante"nin qapıçısı Keylor Navası transfer edəcəkləri təqdirdə Kasilyasın "Arsenal"a keçidinə icazə verəcəyi bildirilir.

Qeyd edək ki, "Real"ın yetirməsi olan Kasilyas 1999-cu ildən əsas komandanın şərəfini qoruyur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.