İdman

"Qarabağ" klubunun polisə işi düşdü

28 İyul 2014 13:29
0 Şərh     Baxış: 1 233
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ" Çempionlar Liqasının "Zalsburq"la iyulun 30-da keçiriləcək oyunu üçün biletlərin "qara bazar"da satılmasının qarşısının alınması üçün Nərimanov Rayon Polis İdarəsinə rəsmi qaydada müraciət edib.

Milli.Az xəbər verir ki, bu haqda qol.az saytına klubun meneceri Asif Əsgərov məlumat verib. Onun sözlərinə görə, Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından biletlərin ayrı-ayrı şəxslər tərəfindən kütləvi şəkildə alınmasının qarşısının alınması üçün klub tərəfindən zəruri tədbirlər görülür.
 

"Kassalarda bilet satışına klubumuzun əməkdaşları tərəfindən nəzərət olunur. Bundan başqa, artıq bu gündən Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları stadionun ətrafında biletin "qara bazar"da satılmasının qarşısını almaq üçün iş aparırlar", - deyə o qeyd edib.


Xatırladaq ki, son günlər sosial şəbəkələrdə 1 manata olan biletlərin ayrı-ayrı şəxslər tərəfindən kütləvi şəkildə alınması və qara bazarda 3-5 manata satıması haqda xəbərlər yayılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.