İdman
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Baçana Sxadadze: "Qapıda qapıçı dayansaydı..."
11 İyul 2014 13:08
0 Şərh
Baxış: 2 111
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"İnter"in futbolçusu Baçana Sxadadze Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçında "Tiraspol" üzərində qazanılan 3:1 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, gürcüstanlı hücumçu mərhələ adladıqları oyun və növbəti turda qarşılaşacaqları İsveçin "Elfsborq" komandası haqda danışıb.
- Oyuna istədiyimiz kimi başlamadıq. Ancaq tədricən nəzarəti ələ aldıq. Düşünə bilərsiniz ki, "Tiraspol" azlıqda qalmasaydı, qalib gəlməyəcəkdik. Ancaq nəzərə almaq lazımdır ki, rəqibi azlıqda qalmağa oyunumuzla məcbur etdik.
- Qapıda meydan oyunçusu dayansa da, penaltini dəqiq yerinə yetirə bilmədin...
- Karyeramda ilk dəfə idi ki, meydan oyunçusu dayanan qapıya penalti vururdum. Maraqlıdır ki, bu həm də ilk penalti idi ki, dəqiq yerinə yetirə bilmədim. Əslində qapıda qapıçı dayansaydı, mənə daha rahat olardı. Fikirləşəndə ki, sənin zərbəni qapıçı yox, oyunçu qaytaracaq...
- Bu oyunla komandanız Avroliqada nə qədər irəliləyə bilər?
- "Tiraspol"la oyunlarımız göstərdi ki, daha da artırmalıyıq. Əsas odur ki, növbəti mərhələyə adlamışıq. Oyunumuzu təkmilləşdirsək, daha da irəli gedəcəyik.
- "Tiraspol"la oyunda sizi heç-heçə də qane edirdi. Bunu düşünürdünüz, yoxsa qələbəyə oynayırdınız?
- Təbii ki, öz meydanımızda qələbə qazanmaq vacib idi. Bu, bizə hərtərəfli lazım idi. Buna görə də ilk dəqiqələrdən hücumda oynadıq. Stadiona gələn azarkeşlərə qələbə sevinci yaşatmaq istəyirdik. Sevinirəm ki, bunu bacardıq. Fanatlarımıza da təşəkkür edirəm ki, bizi yaxşı dəstəklədilər.
- Növbəti mərhələdə İsveçin "Elfsborq" klubu ilə qarşılaşacaqsınız. Bu komanda haqda nə deyə bilərsən?
- Hələ ki, "Elfsborq" haqda geniş məlumatımız yoxdur. Çünki ilk növbədə "Tiraspol"u keçməli idik. Onları öyrənməyə çalışacağıq. Onu deyə bilərəm ki, "Elfsburq" daha çətin rəqibdir.
- Yəni "Tiraspol"dan güclüdür?
- Ola bilər. Çünki bu komanda ardıcıl neçə ildir ki, avrokuboklarda çıxış edir. Buna görə də heyətlərində Avroliqa təcrübəsi olan futbolçular çoxdur. Bu görüşə daha ciddi hazırlaşmalıyıq.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Rafinya Mbappeni geridə qoydu
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Ronaldunun milli komandanı tərk etməsinə həm də oğlu səbəb imiş
-
Türkiyədə futbol hakimləri işi üzrə 5 nəfər tutuldu
-
Ronaldo ilə Jorje Jesus arasındakı qalmaqalla bağlı həqiqət açıqlandı
-
Bu gün "Turan Tovuz" İstanbul nəhəngi ilə qarşılaşacaq
XƏBƏR LENTİ
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir
-
Silvestr Stallone buna görə 14 dəfə əməliyyat olunub
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
Bakıda avtobus aşdı: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun
-
Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi oldu - (Foto)
-
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
-
Bacısının toyunda əsgər qardaşının sürprizi - (Video)
-
Metroda kişi öldü