İdman

Avropa Liqası: "İnter" növbəti mərhələdə, "Qəbələ" qələbəyə həsrət qaldı - YENİLƏNİB - VİDEO - FOTO

11 İyul 2014 09:49
2 Şərh     Baxış: 4 005
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
11.07.2014
09:34

Dünən Avropa Liqasında I təsnifat mərhələsinin növbəti cavab  oyunları keçirilib.

Milli.Az qol.az-a istinadən bildirir ki, Premyer Liqamızın bürünc mükafatçısı "Qəbələ" səfərdə Bosniya və Hersoqovinanın "Şiroki Briyeq" klubu ilə qarşılaşıb.

İlk oyunda doğma meydanda rəqibinə 0:2 hesabı ilə məğlub olan təmsilçimiz səfər oyununda məğlubiyyətin əvəzini çıxmağa çalışacaqdı. Lakin Darinel Muntyanunun komandası cavab matçında da uduzaraq turnidə mübarizəni dayandırıb - 0:3.

10 iyul

Avropa Liqası, I təsnifat mərhələsinin cavab oyunu


23:30. "Şiroki Briyeq" (Bosniya və Hersoqovina) - "Qəbələ" (Azərbaycan) (İlk oyun 2:0) - 3:0
Qollar: Zakariç, 17 (1:0), Mariç, 29 (2:0), 57 (3:0)

------------------
10.07.2014
23:34


Milli.Az apasport.az-a istinadən bildirir ki, Dorinel Muntyanunun yetirmələri "Şiroki Briyeq"ə evdəki məğlubiyyətinin əvəzini çıxmağa çalışacaq. Qəbələdə 2 cavabsız qol buraxan təmsilçimiz mərhələ adlamaq üçün 3 qol vurmalıdı.

Hətta 2 cavabsız qol belə yalnız penaltilər seriyası üçün yetərli olacaq. Əgər "Qəbələ" çətin vəzifənin öhdəsindən gələ bilsə, növbəti mərhələdə Çexiyanın "Mlada Boleslav" klubu ilə görüşəcək.

Avropa Liqası
I təsnifat mərhələsi, cavab oyunu
10 iyul

23:30. "Şiroki Briyeq" (Bosniya və Herseqovina) - "Qəbələ" (Azərbaycan)
Baş hakim: Vladimir Vnuk (Slovakiya)
Şiroki Briyeq. "Petsara" stadionu
İlk oyun - 2:0
ŞİROKİ BRİYEQ: 23. Antonio Soldo, 6. Yosip Barişiç, 21. Slavko Brekalo, 27. Neven Laştro, 7. Dino Çoriç, 8. Mate Pehar, 11. Qoran Zakariç, 14. Davor Landeka, 15. Vagner Laqo (k), 19. İvan Peko, 9. Mirko Mariç.
Ehtiyat oyunçular: 12. Luka Bilobrk, 4. Daniyel Kojul, 10. Yure İvankoviç, 16. Yosip Çorluka, 17. Vlado Zadro, 18. Zvonimir Kojulj, 28. Filip Mihalyeviç.
Baş məşqçi: Slaven Musa.
QƏBƏLƏ: 1. Kamran Ağayev (k), 6. Vladimir Levin, 15. Ruslan Abışov, 16. Ruslan Tağızadə, 34. Ürfan Abbasov, 44. Rafael Santos, 8. Nizami Hacıyev, 9. Viktor Mendi, 25. Adrian Ropotan, 10. Dodo, 11. Andrey Kristya.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 2. Kristian Pulhak, 3. Şirməhəmməd Məmmədov, 5. Sadiq Quliyev, 7. Ruslan Əmircanov, 4. Elvin Camalov, 36. Elnur Allahverdiyev.
Baş məşqçi: Dorinel Muntyanu.

---------
22:57


Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin növbəti cavab oyunları keçiriləcək.

Milli.Az qol.az-a istinadən bildirir ki, Premyer Liqamızın bürünc mükafatçısı "Qəbələ" səfərdə Bosniya və Hersoqovinanın "Şiroki Brieyq" klubu ilə qarşılaşacaq.

İlk oyunda doğma meydanda rəqibinə 0:2 hesabı ilə yenilən təmsilçimiz səfər oyununda məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Bunun nə dərəcədə mümkün olacağı maraq doğurur.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

10 iyul

Avropa Liqası, I təsnifat mərhələsinin cavab oyunu

23:30. "Şiroki Brieyq" (Bosniya və Hersoqovina) - "Qəbələ" (Azərbaycan) (İlk oyun 2:0)

---------
22:46


Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin növbəti cavab oyunları keçirilib.

Milli.Az qol.az-a istinadən bildirir ki, Premyer Liqanın gümüş mükafatçısı Bakının "İnter" klubu Moldovanın"Tiraspol" klubunu qəbul edib.

Səfərdə keçirilən ilk oyunda 3:2 hesablı qələbə qazanan Kaxaber Sxadadzenin komandasının növbəti mərhələyə adlamaq şansı daha çoxdur.

"Şəfa" stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək.

10 iyul

Avropa Liqası, I təsnifat mərhələsinin cavab oyunu

21:00. "İnter" (Azərbaycan) - "Tiraspol" (Moldova) (İlk oyun - 3:2) - 3:1
Qol: Bulat, 6 (0:1), Arif Dəşdəmirov, 79 (1:1), Baçana Sxadadze 84 (2:1), Mirzağa Hüseynpur, 90+1 (3:1)
Qırmızı vərəqə: Georgiev, 77 ("Tiraspol"), Japaridze, 83 ("Tiraspol")

Oyunun 78-ci dəqiqəsində "Tiraspol"un qapısına təyin olunan penaltini Baçana Sxadadze dəqiq yerinə yetirə bilməyib. Onun zərbəsini qapıçını əvəzləyən müdafiəçi Hausi Boqdan dəf edib.

"İnter": Georgi Lomaya, Laşa Salukvadze, Aleksandre Amisulaşvili, Yohan Bokonyano, Matiya Şpiçiç, Slavço Georgievski, Asif Məmmədov (k), Arif Daşdəmirov, Mesa Colli, Mikel Alvaro, Madriqal

Ehtiyat oyunçular: Elşən Poladov, Benitaz Alexandro, Məhəmməd Mirzəbəyov, Abdulla Abatsiyev, Diniyev, Mirzağa Hüseynpur, Baçana Sxadadze

"Tiraspol": Georgiev (k), Hauşi, Novikov, Japaridze, Vidoviç, Sudorenko, Zariçnyuk, Bulat, Ademar, Molla, Karaneyçev

Ehtiyat oyunçular: Livşit, Barroso, Şapoval, Rata, Ovseannicov, Boqhiu, Poiarcov

--------
09:58


Bu gün Avropa Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, klublarımızdan "İnter" və "Qəbələ"nin oyunları ilə yanaşı, Avropanın yaşıl meydanlarında daha 34 görüş baş tutacaq ki, bununla da Avroliqada II təsnifat mərhələsinin bütün iştirakçıları bəlli olacaq.

"Neftçi"nin II təsnifat mərhələsindəki mümkün rəqibləri "Çelik" (Monteneqro) və "Koper" (Sloveniya) klubları da bu axşam meydana çıxacaqlar. Monteneqroda keçirilən ilk oyun "Koper"in 5:0 hesablı qələbəsi ilə başa çatdığından artıq "Neftçi"nin bu komanda ilə qarşılaşacağını indidən söyləmək olar.
 
Qeyd edək ki, ikinci təsnifat mərhələsinin oyunlarına iyulun 17-də start veriləcək.

10 iyul

Avropa Liqası, I təsnifat mərhələsinin cavab oyunu


 
17:30. "Şaxtyor" (Karaqanda, Qazaxıstan) - "Şirak" (Ermənistan) (İlk oyun - 2:1)

18:00. "Astana" (Qazaxıstan) - "Pünik" (Ermənistan) (İlk oyun - 4:1)

19:00. "Mika" (Ermənistan) - RNK (Split, Xorvatiya) (İlk oyun - 0:2)

20:00. "Laçi" (Albaniya) - "Rudar" (Sloveniya) (İlk oyun - 1:1)

20:00. "Dauqava" (Latviya) - "Vikinqur" (Farer adaları) (İlk oyun - 1:2)

20:30. "Lovçen" (Monteneqro) - "Jelezniçar" (Bosniya və Herseqovina) (İlk oyun - 0:0)

20:30. "Honka" (Finlandiya) - "Kalev" (Estoniya) (İlk oyun - 1:2)

20:30. "Ekranas" (Litva) - "Krusaders" (Şimali İrlandiya) (İlk oyun - 1:3)

20:30. "Buduçnost" (Monteneqro) - "Folqore" (Cəbəllütariq) (İlk oyun - 2:1)

21:00. "Atlantas" (Litva) - "Differdanj" (Lüksemburq) (İlk oyun - 0:1)

21:00. "Haugesund" (Norveç) - "Airbus" (Uels) (İlk oyun - 1:1)

21:00. "Çikura" (Gürcüstan) - "Turnovo" (Makedoniya) (İlk oyun - 1:0)

21:00. "Sant Julia" (Andorra) - "Çukariçki" (Serbiya) (İlk oyun - 0:4)

21:00. "Nımme Kalyu" (Estoniya) - "Fram Reykyavik" (İslandiya) (İlk oyun - 1:0)

21:00. "Jelqava" (Latviya) - "Rusenborq" (Norveç) (İlk oyun - 0:4)

21:30. "Dauqava" (Latviya) - "Aberden" (Şotlandiya) (İlk oyun - 0:5)

22:00. "Flamurtari" (Albaniya) - "Sioni" (Gürcüstan) (İlk oyun - 3:2)

22:00. "Fola Eş" (Lüksemburq) - "Höteborq" (İsveç) (İlk oyun - 0:0)

22:00. "Brommapoykarna" (İsveç) - VPS (Finlandiya) (İlk oyun - 1:2)

22:00. "Zimbru" (Moldova) - "Şkendiya" (Makedoniya) (İlk oyun - 1:2)

22:00. "Tromse" (Norveç) - "Santos Tartu" (Estoniya) (İlk oyun - 7:0)

22:30. "Spartak" (Trnava, Slovakiya) - "Hibernians" (Malta) (İlk oyun - 4:2)

22:30. "Kukesi" (Albaniya) - "Kayrat" (Qazaxıstan) (İlk oyun - 0:1)

22:30. "Birkirkara" (Malta) - "Dioşqor" (Macarıstan) (İlk oyun - 1:2)
 
22:45. "Aberistvit" (Uels) - "Derri Siti" (İrlandiya) (İlk oyun - 0:4)

22:45. "Banqor Siti" (Uels) - "Styarnan" (İslandiya) (İlk oyun - 0:4)

22:45. "Liteks" (Bolqarıstan) - "Veris" (Moldova) (İlk oyun - 0:0)

23:00. "Sliqo Rovers" (İrlandiya) - "Banqa" (Litva) (İlk oyun - 0:0)

23:00. "Fuqlafyodr" (Farer adaları) - MYPA (Finlandiya) (İlk oyun - 0:1)

23:00. "Kollec" (Cəbəllütariq) - "Vaduz" (Lixtenşteyn) (İlk oyun - 0:3)

23:30. "Koper" (Sloveniya) - "Çelik" (Monteneqro) (İlk oyun - 5:0)

23:30. "Ferencvaros" (Macarıstan) - "Slima Vanderers" (Malta) (İlk oyun - 1:1)

23:30. "Libertas" (San Marino) - "Botev" (Bolqarıstan) (İlk oyun - 0:4)

23:45. "Qlenavon" (Şimali İrlandiya) - "Hafnarfyordur" (İslandiya) (İlk oyun - 0:3)

23:45. "Metallurq" (Makedoniya) - "Santa Koloma" (Moldova) (İlk oyun - 3:0)

23:45. "Dundalk" (İrlandiya) - "Jenuesse Eş" (Lüksemburq) (İlk oyun - 2:0)

21:00. "İnter" - "Tiraspol"

Hakim: Marios Panayi (Kipr).
Bakı. "Şəfa" stadionu.
İlk oyun - 3:2

23:30. "Şiroki Briyeq" - "Qəbələ"
Hakim: Vladimir Vnuk (Slovakiya).
Şiroki Briyeq. "Peçara" stadionu.
İlk oyun - 2:0

8 iyul


23:45. "Linfild" (Şimali İrlandiya) - "Torşhavn" (Farer adaları) (İlk oyun - 2:1) - 1:1
Qollar: Karvil, 17 (1:0), Laval, 48 (1:1)

Milli.Az


----------------
11.07.2014
09:49

Videoları izləmək üçün şəkillərə klikləyin.






Böyütmək üçün şəkillərə klikləyin.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.