İngiltərə yığması və "Sauthempton" klubunun sol cinah müdafiəçisi Lyük Şou, habelə "Mançester Yunayted"in ulduzu Ueyn Runi ilə bağlı yeni, böyük qalmaqal yaranıb.
Milli.Az The Sun of Sunday-ə istinadən bildirir ki, hazırda Braziliyada, futbol üzrə dünya çempionatında olan Lyük Şounun Playboy modeli, erotik çəkilişləri ilə məşhur olan Karla Hou ilə yazışmaları aşkarlanıb.
L.Şou bu yazışmalarda Karla Houya yataq "macərası" təklif edir, üstəlik, modelin bacısını da yataqda görmək istədiyini yazır: "Üçümüz bir yerdə olsaq, əla alınardı".
Karla Şou isə buna etiraz edərək "Bağışla, bacımı qata bilmərəm" yazıb.
Lyük Şou yazışma əsnasında otel otağında çəkdiyi yarıçılpaq, alt paltarında olduğu fotoları da Karla Şouya yollayıbmış.
İngiltərə yığmasının oyunçusu Playboy-un villasında da əylənmək istədiyini bildirib.
Daily Star isə "Big Brother" realiti-şousunun ulduzu, qlamur model Helen Vudun rəfiqəsi Cenni Tompson ilə birlikdə Ueyn Runini "eşq gecəsi"nə "qonaq" etməsi ilə bağlı olayı araşdırıb.
2010-cu ildə, Cənubi Afrika Respublikasındakı futbol üzrə dünya çempionatında 28 yaşlı Ueyn Runi bu qadınların ikisi ilə də eyni vaxtda yataqda olmuşdu.
Helen Vud deyib: "Bu macəranı açıqlamağıma görə peşmanam. Şöhrətləndim, sərvət qazandım, amma belə olmasını istəməzdim. Artıq sabiq rəfiqəm Cenni Tompsona nifrət edirəm. O, sarsaq fahişədir".
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.







