İdman
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şahin Diniyev: "Kosta-Rika yarımfinala çıxa bilər"
17 İyun 2014 17:39
0 Şərh
Baxış: 1 749
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli komandamızın sabiq baş məqşçisi Şahin Diniyev qol.az saytına müsahibəsində DÇ-2014-ün geridə qalan oyunlarını dəyərləndirib, mundialla bağlı öz proqnozunu verib.
- Şahin müəllim, DÇ-2014-ün oyunları bizim vaxtla gecə saatlarında başlayır. Mundialı izləmək imkanınız olur?
- Bakı vaxtı ilə saat 06:00-da keçirilən Fil Dişi Sahili - Yaponiya matçından başqa bütün oyunları izləmişəm.
- Artıq qrup mərhələsində birinci turun oyunları başa çatmaq üzrədir. Yəqin ki, keçirilən qarşılaşmalardan diqqərinizi çəkən məqamlar oldu.
- Birinci turdan sonra komandalar haqda hansısa qəti fikir söyləmək olmaz. Almaniya oyunu ilə özünü favorit kimi göstərdi. Təbii ki, İspaniyanın böyük hesabla məğlub olacağını mən də gözləmirdim. Artıq İspaniya 12 ilə yaxındır ki, eyni heyətlə çıxış edir. Bu komandaya təzə qan lazımdır. Əks təqdirdə dünya çempionatının sürət tempinə uyğunlaşmaq çətin olacaq. Bu çempionatda adapdasiya məsələsi də özünü göstərir. Fikir verin, Cənubi Amerika ölkələrinin komandaları daha yaxşı təsir bağışlayır, nəinki Avropa komandaları. Bir müddətdən sonra Avropa komandaları da sürət yığacaqlar. Birinci turdan sonra Almaniya, Hollandiya, Meksika, Argentina və Kosta-Rikanın yaxşı oyununu qeyd edə bilərəm.
- Braziliya necə?
- Braziliya Xorvatiyaya qalib gəlsə də, çempionluğa layiq oyun göstərmədi.
- Sizin üçün sürpriz nəticələr hansı oldu?
- Uruqvayın Kosta-Rikaya uduzması gözlənilməz oldu. Uruqvay da neçə illərdir ki, eyni heyətlə oynayır. Futbolçuların yaş həddi çox olduğu üçün gənclərdən təşkil olunmuş Kosta-Rika ilə bacarmadılar.
- İspaniyanın Hollandiyaya 1:5 hesabı ilə uduzması gözlənilməz olmadı?
- İspaniyanın uduzmasını gözləyirdim. Ancaq qapısından beş qol buraxacağını, əlbəttə ki, heç kim gözləmirdi. Ramos və Pike kimi dünyanın ən güclü mərkəz müdafiəçilərinin elə bir oyun göstərməsi təəccüblü oldu. İspaniyanın zəif çıxış etməsinin başlıca səbəblərindən biri futbolçularının yorğun olmasıdır. Səhv etmirəmsə, Hollandiya ilə oyunda dörd futbolçu "Real"ın, dördü isə "Barselona"ın oyunçusu idi. Bildiyiniz kimi, "Real" və "Barselona" ötən mövsüm çox gərgin oyunlar keçirib. Buna görə də futbolçularda yorğunluq öz sözünü dedi.
- Azarkeşlik etdiyiniz və favorit gördüyünüz komandalar hansılardır?
- Argentina millisinə azarkeşlik edirəm. Hələ Maradona yığmada oynayandan bu komandaya rəğbətim var. Argentina akademik, ağıla hesablanmış futbol oynayır. Ancaq favorit kimi Almaniyanı görürəm. Almanların Ermənistanla yoldaşlıq oyununu görəndən sonra bu qənaətə gəldim. Komandanın nə qədər ağıllı oyun göstərməsini müşahidə etdim. Ən başlıcası isə Almaniya millisinin iki eyni gücə malik heyəti var. Padolski, Şürrle, Şvaynştayger və Kloze kimi futbolçuların ehtiyatda qalması komandanın nə dərəcədə güclü olmasından xəbər verir. Dünya çempionatı uzun bir marafondur. Buna görə də ehtiyat oyunçularla zəngin olan komanda sona qədər mübarizə apara biləcək. Bu sarıdan da Almaniya favoritdir.
- Deməli, almanların dünənki oyunda Portuqaliyaya 4:0 hesabı ilə qalib gəlməsi sizin üçün elə də gözlənilməz olmayıb.
- Açığı, Almaniyanın bu qədər asan qələbə qazanmağını gözləmirdim. Düşünürdüm ki, iki top fərqi ilə qalib gələcəklər. Ancaq gördüyünüz kimi, Portuqaliya Almaniyaya heç nə edə bilmədi.
- Milli komandamızın Avro-2016-nın seçmə mərhələsindəki rəqibləri İtaliya və Xorvatiya millilərinin oyunlarını diqqətdə saxlayırsınız?
- Bu komandalar bizim millimizdən bir neçə dəfə güclüdür. Bizim onlarla mübarizə aparmağımız hələ tezdir. Xorvatiyanın Braziliya ilə necə mübarizə apardığını gördünüz. Deyərdim ki, hələ Xorvatiya öz yaxşı oyununu göstərə bilmədi. Çünki onlar daha çevik futbol oynamağı bacarırlar.
- Hər mundialın sürpriz komandası olur. Sizcə, DÇ-2014-də hansı komanda sürpriz nəticələr göstərə bilər?
- Mətbuatı izləyirəm, hamı Belçikanın adını çəkir. Ancaq mənim fikrim tam başqadır. Cənubi Amerika komandaları sensasiya edəcək. Meksika, Kolumbiya və Kosta-Rika sürpriz komandalar olacaq. Məncə, onlar yarımfinala qədər irəliləyə bilər.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Ronaldunun milli komandanı tərk etməsinə həm də oğlu səbəb imiş
-
Türkiyədə futbol hakimləri işi üzrə 5 nəfər tutuldu
-
Ronaldo ilə Jorje Jesus arasındakı qalmaqalla bağlı həqiqət açıqlandı
-
Bu gün "Turan Tovuz" İstanbul nəhəngi ilə qarşılaşacaq
-
Arda Güler cəzalandırıldı
-
Millətlər Liqası: Belçika Türkiyəni darmadağın etdi, Farer adaları yenə uduzmadı
XƏBƏR LENTİ
-
Bakıda avtobus aşdı: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun
-
Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi oldu - (Foto)
-
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
-
Bacısının toyunda əsgər qardaşının sürprizi - (Video)
-
Metroda kişi öldü
-
Nəfəsin efektsiz fotosu müzakirə yaratdı - (Fotolar)
-
Toyda bəyin möhtəşəm rəqsi diqqət çəkdi – (Video)
-
Aytac Vidadiqızı arıqlayıb "iynəyə sap oldu" - (Video)
-
Ronaldunun milli komandanı tərk etməsinə həm də oğlu səbəb imiş
-
Tualet çənini akvariuma çevirdi – (Video)
-
Sürücülərin nəzərinə: Sürət həddi endirildi
-
Türkiyədə futbol hakimləri işi üzrə 5 nəfər tutuldu
-
Yağışlı havada bu qaydanı pozan sürücülər cərimələnir
-
Oktyabr 3 BÜRC üçün çətin keçəcək
-
Toyda gəlinlə bəyin əsəbi üz ifadələri gündəm oldu - (Video)
-
Kaşpirovski 87 yaşında vəfat etdi
-
Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski
-
Bakının bu ərazisində 15 oktyabrdan maşınların hərəkəti tamamilə qadağandır
-
Əri Qumralla rəqs etdi, arvadı görün nə etdi... - (Video)
-
Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA
-
Bazar günü Bakıda leysan olacaq
-
Nənə-babanızdan qalan sovet pullarını yoxlayın: Bu əskinas 2900 manata satılıb - (Foto)