"Qarabağ"ın daha bir potensial rəqibi müəyyənləşdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
San-Marino çempionu müəyyənləşib
Milli.Az fanat.az-a istinadən xəbər verir ki, "La Fiorita" klubu ölkə çempionu adını qazanıb.
Nəticədə bu komanda Çempionlar Liqasında çıxış etmək hüququ əldə edib. "La Fiorita" ilk təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Bununla da ilk təsnifat mərhələsinin altı iştirakçısının hamısı müəyyənləşmiş olub.
Qeyd edək ki, Çempionlar Liqasının I və II təsnifat mərhələsinin püşkatma mərasimi iyunun 23-də keçiriləcək. Qitənin ən nüfuzlu klub turnirində Azərbaycanı yeni mövsümdə "Qarabağ" təmsil edəcək.
Püşkatma ərəfəsində UEFA-nın reytinq cədvəlinə əsasən, iştirakçı klublar "səpələnmişlər" və "səpələnməmişlər" səbətinə bölünəcək. I təsnifat mərhələsində 6 komanda iştirak edəcək. İlk mərhələnin üç ən güclüsü növbəti mərhələyə vəsiqə qazanacaq və 14 komanda ilə birgə "səpələnməmişlər" səbətində yer alacaqlar. "La Fiorita" II təsnifat mərhələsinə vəsiqə qazansa, "səpələnməmiş" komandalar səbətində yer alacaq. Bu isə San-Marino çempionunun "Qarabağ"ın mümkün rəqibi olması deməkdir.
Hazırda ilk təsnifat mərhələsinin bütün iştirakçıları bəlli olsa da, ikinci təsnifat mərhələsində çıxış etməli olan 31 iştirakçıdan 29-nun adı müəyyənləşib.
Artıq indidən "Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqiblərinin kim olacağı təxmini bəllidir. Ağdam klubu UEFA-nın reytinq cədvəlində 7,575 bala malikdir. Bu isə komandamızın püşkatma zamanı daha güclülərin yer aldığı "səpələnmişlər" səbətində olacağına işarədir. Bir sözlə, Qurban Qurbanovun komandasını zəiflərin yer aldığı "səpələnməmişlər" səbətindən bir komanda gözləyəcək.
I təsnifat mərhələsi
Səpələnmişlər: Levadiya (Estoniya), Torshavn (Farer adaları), Santa-Koloma (Andorra).
Səpələnməmişlər: Banants (Ermənistan), Linkoln Red İmps (Cəbəllütariq), La Fiorita (San Marino).
II təsnifat mərhələsi
Səpələnmişlər: Styaua (Rumıniya), Seltik (Şotlandiya), BATE (Belarus), Sparta (Çexiya), Dinamo (Xorvatiya), Ludoqorets (Bolqarıstan), Makkabi (Təl-Əviv, İsrail), Şerif (Moldova), Maribor (Sloveniya), Legiya (Polşa), Srvena Zvezda (Serbiya), Slovan (Slovakiya), Aktobe (Qazaxıstan), Ventspils (Latviya), Qarabağ (Azərbaycan), HJK (Finlandiya).
Səpələnməmişlər: Dinamo (Tiflis, Gürcüstan), Malmö (İsveç), Reykyavik (İslandiya), Düdelanj (Lüksemburq), Stromsqodset (Norveç), Nyu-Seynts (Uels), Sent-Patrik Atletik (İrlandiya), Skenderbeu (Albaniya), Rabotniçki (Makedoniya), Valletta (Malta), Jrinski (Bosniya və Herseqovina), Kliftonvill (Şimali İrlandiya), Jalgiris (Litva).
II təsnifat mərhələsinin sadəcə, 2 iştirakçısının adı bəlli deyil. Bunlar gələcək Çernoqoriya və Macarıstan çempionlarıdır.
Qeyd edək ki, ilk təsnifat mərhələsinin oyunları iyulun 1-2-də, cavab görüşləri 8-9 iyulda keçiriləcək. "Qarabağ"ın da qatılacağı ikinci təsnifat mərhələsinin görüşləri isə 15-16 və 22-23 iyul tarixlərində baş tutacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Gəncədə yanıq xəsarətləri alan bacı-qardaşın vəziyyəti məlum olub - Yenilənib
-
"İnsan necə "qudurarmış" - Elza Seyidcahan
-
Ərdoğan: Şanlıurfada Azərbaycan Bulvarı istifadəyə verilib
-
Şəhid anasını təhqir edən bloggerlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib - (Video)
-
Həbs olunan Ferhat Gündoğdunun qalmaqallı səs yazısı yayıldı
-
Nəsimi rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Ağdamda 15 yaşlı qızın erkən evliliyə cəlb olunmasının qarşısı alınıb
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
"Qarabağ" "Zirə"yə qalib gəldi
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları





