İdman
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Baku Fires" yarımfinal üçün heyətini açıqladı
24 Aprel 2014 10:21
0 Şərh
Baxış: 1 883
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Aprelin 26-da Astana şəhərində Ümumdünya Boks Seriyasının (WSB) yarımfinal mərhələsinin ilk görüşü keçiriləcək.
Milli.Az xəbər verir ki, Boks Federasiyasından apasport.az-a verilən məlumata görə, Azərbaycanın "Baku Fires" klubu səfərdə Qazaxıstanın "Astana Arlans" komandası ilə qarşılaşacaq.
Cari çempionatda "Baku Fires" və "Astana Arlans" qrup mərhələsində 2 dəfə üz-üzə gəliblər. Qazaxıstanda yerli komanda 4:1, Qubada isə eyni hesabla təmsilçimiz qələbə qazanmışdı. Komandaların heyətləri artıq məlumdur:
Astana Arlans - Baku Fires
49 kq. Mardan Berikbayev - Xamza Nametov
56 kq. Bağdat Alimbekov - Qairbek Qermaxanov
64 kq. Janibek Ajibay - Heybətulla Hacəliyev
75 kq. Sergey Derevyançenko - Soltan Migitinov
91 kq. Vasili Levit - Abdulqadir Abdullayev
Qazaxıstan klubunun ən tanınan siması ukraynalı Sergey Derevyançenkodur. WSB liqasında 22 döyüşdə qalib gələn Derevyançenko yalnız bir qarşılaşmada məğlub olub. O, Migitinovla artıq bir dəfə qarşılaşıb. 3 il əvvəl liqanın fərdi yarşlarının çempionu olmaq uğrunda döyüşdə milli komandamızın üzvü təcrübəli rəqibinə uduzmuşdu. Ancaq Ukrayna Boks Federasiyası Derevyançenkonun London Olimpiadasına yollanmasına icazə vermədiyindən onun lisenziyası Migitinova təqdim olunmuşdu. Seçmə komandamızın üzvü bu mövsüm 1 görüşə çıxıb və qələbə qazanıb.
Vasili Levit də Astana təmsilçisinin əsas boksçularındandır. Cari mövsümdə 5 dəfə rinqə çıxan qazaxıstanlı boksçu bütün görüşlərini qələbə ilə başa vurub. Levit 1-ci turda Abdulqadir Abdullayevi də məğlub edib.
Qermaxanovun rəqibi olacaq 25 yaşlı Alimbekov da "Astana Arlans"ın təcrübəli boksçularındandır. 2010/2011-ci illər mövsümündən Qazaxıstan komandasının heyətində çıxış edən idmançı 8 qələbə qazanıb. Alimbekov cari çempionatda iki döyüş keçirib və bunların birində qalibiyyət əldə edib. O, 1-ci turda Qazaxıstanda Məhəmməd Qurbanovu üstələmişdi.
Qeyd edək ki, bu gün keçiriləcək digər yarımfinal görüşündə Rusiya komandası Moskvada "Cuba Domaderos"la qarşılaşacaq.
"Astana Arlans" və "Baku Fires" komandaları arasında cavab qarşılaşması mayın 3-də Quba Olimpiya Kompleksində keçiriləcək.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Rafinya Mbappeni geridə qoydu
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Ronaldunun milli komandanı tərk etməsinə həm də oğlu səbəb imiş
-
Türkiyədə futbol hakimləri işi üzrə 5 nəfər tutuldu
-
Ronaldo ilə Jorje Jesus arasındakı qalmaqalla bağlı həqiqət açıqlandı
-
Bu gün "Turan Tovuz" İstanbul nəhəngi ilə qarşılaşacaq
XƏBƏR LENTİ
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir
-
Silvestr Stallone buna görə 14 dəfə əməliyyat olunub
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
Bakıda avtobus aşdı: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun
-
Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi oldu - (Foto)
-
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
-
Bacısının toyunda əsgər qardaşının sürprizi - (Video)