İdman

Böyükağa Hacıyev türk klubu ilə fəxr edir: "Allah da bizim qardaşlığımızı qəbul edir"

19 Yanvar 2014 12:20
0 Şərh     Baxış: 571
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Mənim üçün Azərbaycanla Türkiyənin fərqi yoxdur. Burada da özümü Bakıdakı kimi hiss edirəm. "Fənərbağça" ilə oyun yoldaşlıq matçı idi. Biz bu komanda ilə fəxr edirik". Bu sözləri Bakının "Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev deyib.

Təcrübəli mütəxəssis "Fənərbağça" ilə Antalyada keçirilən yoxlama oyunu haqda fikirlərini açıqlayıb.

Hacıyev mətbuat konfransında 0:0 hesablı heç-heçənin yoxlama xarakterli matçda qeydə alındığını vurğulayıb: "Çalışırıq ki, onlardan nəsə öyrənək. Ümumiyyətlə, istənilən oyunda rəqibdən nəsə müsbət şey öyrənməyə çalışırıq. "Fənərbağça" müasir, komplektləşmiş komandadır. Onlarla heç-heçə etdik. Lakin bu matç yoxlama xarakteri daşıyırdı. Düşünürəm ki, kim qol vursaydı, bu oyunu qazanacaqdı. Allah da bizim qardaşlığımızı qəbul edir və bu üzdən sonda heç-heçə qeydə alındı".

Hacıyev "Neftçi"dəki məşqçi-futbolçu münasibətlərini də qabardıb: "Məşqçi oyunçular üçün ata olmalıdır. Mən də hesab edirəm ki, 2 deyil, 25 oğlum var. Futbolçu məşqçisinin onu müdafiə etdiyini görürsə, çalışdırıcısına güvənir. Motivasiya, konsentrasiya da bundan asılıdır. Futbolçularımla fəxr edirəm. Azərbaycanda məşqçi azdır. Futbolçusu onun üçün meydanda can verməyə hazırdırsa, bu, xoşbəxtlikdir. Bu, məşqçi üçün ən böyük nemətdir. Oyundan qabaq da sakit idim. Əgər məqşçi qorxursa... Qorxaq general əsgərlərini necə müharibəyə apara bilər? Komandam da, mən də rəqibdən çəkinmirdik".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.