Beynəlxalq Gimnastika Federasiya Bakıda təlim kursları keçirir - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda Beynəlxalq Gimnastika Federasiyası Bədii Gimnastika Akademiyasının təlim kursları təşkil olunub. Bu barədə çərşənbə axşamı Trend-ə təlim kurslarının Təşkilat Komitəsinin rəhbəri Nurlana Məmmədzadə bildirib.
Onun sözlərinə görə, kurslar yanvarın 11-dən başlayıb və ayın 18-dək davam edəcək. Həm nəzəriyyə, həm də praktika üzrə keçirilən təlim kurslarında 16 gimnast iştirak edir. İştirakçılardan ikisi Bolqarıstanı, biri isə Avstriyanı təmsil edir.
Bədii gimnastika üzrə ilk təlim kursları ötən ilin yanvarında Bakıda keçirilmişdi. Ötən il olduğu kimi, bu il də kursların nəticələri üzrə imtahanlar təşkil ediləcək, onların nəticələri üzrə ikinci mərhələyə keçən iştirakçıların adları məlum olacaq. Balların 65 faizini toplayan iştirakçılar təlim kurslarının üçüncü mərhələsində iştirak edə biləcəklər.
Ekspertlərin sırasına Beynəlxalq Gimnastika Federasiyası tərəfdən kursların rəhbəri, Almaniya təmsilçisi Katya Klaynveld daxildir. Böyük Britaniyadan ekspert qismində Nadejda Aleksandrova, Rusiyadan Natalya Qarbulina, Norveçdən isə Lasa Nettum çıxış edirlər.
Klaynveldin sözlərinə görə, Bakıda təlim kurslarının keçirilməsi üçün yaradılan şərait gözləniləndən daha yaxşıdır: "Mən ilk dəfədir Bakıda oluram. Yalnız onu deyə bilərəm ki, hər şey ən yüksək səviyyədə təşkil olunub. Bu da, əlbəttə, yaddaşlarda çox yaxşı iz qoyur. Mən 2014-cü ildə Bakıda bədii gimnastika üzrə Avropa çempionatının keçirilməsini səbirsizliklə gözləyirəm və yarışın uğurlu olacağına inanıram".
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

























DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Nə türk qəhvəsi, nə də amerikano - Ən sağlam qəhvə bəlli oldu
-
Televizorda görüntü keyfiyyətini belə artırmaq olar
-
110 yaşdan çox yaşayan insanların sirri
-
Ətir istifadə edənlərə xəbərdarlıq
-
Mixək çayının yaddaşa faydası
-
Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
-
İtlər hansı yaşda qocalmağa başlayır?
-
Paltarlardakı tiftikləri saniyələr içində yox edən üsul, təzə alınmış kimi olur
-
Dünyanın ən qısa uçuşu 53 saniyə çəkir: Biletin qiyməti 15 dollardır
-
20 metrlik ağaclara dırmaşıb, tək-tək yığırlar, kiloqramı 500 manatdır
-
Günün qoroskopu: Şərait nüfuzlu insanlarla dostluq etməyinizə imkan verəcək
-
Sənədsiz evlərə necə çıxarış almaq olar? - (Video)
-
“Slaviya” Bakıdadır - (Video)
-
Zelenski: Rusiya ilə enerji atəşkəsinə hazırıq
-
Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
-
Gəncədə 36 yaşlı kişi qətlə yetirildi, şübhəli atasıdır
-
Şəkil çəkdirmək istəyən şəxsi parçalayan pələnglə bağlı qərar verildi
-
Bahalı avtomobillər niyə qəfildən yanır? - (Video)
-
Mehmet Aslantuğ yenə özündən kiçik, kasıb qızla “evləndi" - (Video)
-
Zelenski Tramp barədə: "Putini dayandıra bilmədiyi üçün Ukraynaya təzyiq edir"
-
Toralın klubu məğlub oldu
-
Kredit faizləri ilə bağlı meyar dəyişdi - (Video)
-
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - (Video)
-
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var





