İdman

"Vüqar Həşimovun vəfatı Azərbaycan şahmatının inkişafı üçün çox böyük itkidir"

14 Yanvar 2014 13:01
0 Şərh     Baxış: 595
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Dünya şahmatına çox böyük itki üz verib. Dünyanın tanınmış şahmatçılarından biri Vüqar Həşimov vaxtsız vəfat edib". Trend-in məlumatına görə, bunu jurnalistlərə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov deyib.

İ.İsmayılov bildirib: "Mən də onun vəfatı ilə bağlı dərin hüznlə ailə üzvlərinə və yaxınlarına başsağlığı verirəm".
 

Nazir müavini deyib ki, bu gün Azərbaycan şahmatının inkişafında, tanınmasında Vüqar Həşimovun əvəzedilməz rolu olub. Bu baxımdan onun vəfatı Azərbaycan şahmatının inkişafı üçün çox böyük itkidir:

"Gələcəkdə Vüqarın xatirəsinə Azərbaycanda beynəlxalq yarışlar təşkil ediləcək. Vüqarın yarışlarda iştirakı ilə bağlı Gənclər və İdman Nazirliyinə müraciəti zamanı şərait yaradılıb və onun beynəlxalq yarışlarda iştirakı ilə əlaqədar heç vaxt problem yaranmayıb. Bu yarışların hər birində Vüqar ölkəmizi layiqincə təmsil edib. Onun müalicə alması üçün də dövlət tərəfindən böyük dəstək göstərilib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.