İdman

Vüqar Həşimovun xatirəsinə ənənəvi turnir təsis olunacaq

14 Yanvar 2014 12:29
0 Şərh     Baxış: 666
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ağır xəstəlikdən dünyasını dəyişən Azərbaycan millisinin şahmatçısı Vüqar Həşimovun xatirəsinə turnir təşkil olunacaq.


Bu barədə apasport.az saytına Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov məlumat verib.
 

Federasiya rəsmisi turnirin ənənəvi xarakter daşıyacağını və hər il təşkil olunacağını diqqətə çatdırıb. F. Həsənovun sözlərinə görə, hələlik yarışın reqlamenti dəqiqləşməyib. Lakin turnir yüksək səviyyədə təşkil olunacaq və bir sıra tanınmış şahmatçılara dəvət göndəriləcək.
 

Qeyd edək ki, Vüqar Həşimov yanvarın 11-də Almaniyanın Heydelberq klinikasında vəfat edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.