İdman

Berti Foqts "Qəbələ"nin baş məşqçisi ilə görüşdü

14 Yanvar 2014 13:42
0 Şərh     Baxış: 397
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Milli.Az AFFA-ya istinadən xəbər verir ki, Antalyada Topaz Premyer Liqasında çıxış edən klubların hazırlıq prosesini və yoxlama oyunlarını izləyən Azərbaycan millisinin baş məşqçisi Berti Foqts "Qəbələ" - "Tobol" (Qazaxıstan) qarşılaşmasını izləyib, "Qəbələ" klubunun baş məşqçisi Yuri Syominlə görüşüb.
 

Qeyd edək ki, B.Foqts Antalyada olduğu müddətdə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze, "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli, "Simurq"un baş məşqçisi Ceorgi Çixradze, "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev və Türkiyənin "Sivasspor" klubun baş məşqçisi Roberto Karlosla görüşüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.