İdman

Mixael Şumaxer ölüm ayağında - YENİLƏNİB - VİDEO - FOTO

30 Dekabr 2013 19:01
3 Şərh     Baxış: 6 216
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
30.12.2013
19:01


Fransanın Albervil şəhər prokurorluğu "Formula-1" avtomobil yarışları üzrə yeddiqat çempion Mixael Şumaxerlə bağlı hadisəyə görə araşdırmalara başlayıb.


APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, M.Şumaxer xizək sürərkən yıxılıb və başından ciddi xəsarət alıb. 44 yaşlı M.Şumaxer hadisə yerindən 15 km uzaqlıqda yerləşən Mutye şəhər xəstəxanasına yerləşdirilib.

Komaya düşən M.Şumaxerin üzərində neyrocərrahiyyə əməliyyatı aparılıb. Həkimlər kəllə-beyin xəsarətləri almış M.Şumaxerin vəziyyətinin olduqca ağır olduğunu bildirirlər.
 

Prokurorluq bədbəxt hadisənin səbəblərini araşdırmaq niyyətindədir. İstintaq nümayəndəsi hadisəyə kənardan müdaxiləni istisna edərək, araşdırmaların azı bir neçə gün davam edəcəyini bildirib.


---------
12:36


"Formula-1"-in sabiq baş həkimi Harri Hartşteyn xizək sürərkən yıxılaraq travma alan Mixael Şumaxerin vəziyyəti haqqında danışıb.

Milli.Az-ın Sports.ru-ya istinadən məlumatına görə, o deyib ki, Şumaxer sadə "süni koma"dadır. O, məcburi yatırdılıb, bu, müdafiə və anesteziya funksiyalarını yerinə yetirir. Elə etmək lazımdır ki, beyni normal vəziyyətdə qalsın. İntensiv terapiyada olan ən sadə təhlükələrdən də qorumaq lazımdır. Bu o deməkdir ki, oksigenin miqdarını normada saxlamaq, qan dövranının və qandakı şəkərin miqdarının normada olmasını təmin etmək lazımdır. Qızdırma və qıcolmalardan qaçmaq lazımdır.

Sözsüz ki, bu prosesi müxtəlif üsullarla nəzarətdə saxlayırlar. Vəziyyətin ağırlaşmasından qaçmaq üçün pasiyentin ağ ciyərlərinin süni ventilyasiyası və intubasiyasını mümkün qədər tez dayandırmaq lazımdır. Həkim qeyd edib ki, respiratorun söndürülməsi və ya söndürülməsinə hazırlıq, pasiyentin beyindaxili təzyiqinin normallaşmasını eşitmək yaxşı xəbər olacaq. Əgər bunları eşitsək, deməli, hər şey qaydasındadır.

---------
08:56

"Formula-1" yarışlarının yeddiqat çempionu Mixael Şumaxer komaya düşüb. APA-nın "RMC Sport"a istinadən verdiyi məlumata görə, idmançının yerləşdirildiyi klinikadan bildiriblər ki, həkimlər Şumaxerin durumunun ağırlaşdığını görüb, neyro-cərrahiyyə müdaxiləyə qərar veriblər.
 
Qeyd edək ki, Şumaxer Fransada xizək sürərkən yıxılıb və başından zədə alıb.

-----------------
29.12.2013
17:17

Formula-1-in yeddiqat dünya çempionu Mixael Şumaxer dağda xizəklə sürüşərkən başından ciddi zədə alıb.

Milli.Az Lenta.ru-ya istinadən bildirir ki, bu barədə Sky News məlumat yayıb.

Alman idmançı xəstəxanadadır.

44 yaşlı pilot Fransız Alplarındakı Meribeldə xizək sürürmüş. 

Mixael Şumaxer Formula-1-dəki çıxışlarını rəsmi olaraq 2012-ci ildə bitirib. 90 qələbəsi olan pilot avtoidmanın ən uğurlu nümayəndəsi sayılır.

Şumaxer Formula-1-də 1991-ci ildən çıxış etməyə başlamışdı.

Milli.Az

----------
09:20

Böyütmək üçün şəkillərə klikləyin.




ə
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.