Azərbaycan gimnastı Qran-pri turnirində çoxnövçülükdə altıncı oldu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan gimnastı Marina Durunda Çexiyanın Brno şəhərində keçirilən Qran-pri seriyasından olan turnirdə növbəti çıxışını dördüncü pillədə başa vurub.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, milli komandanın liderlərindən biri olan M.Durunda ayrı-ayrı proqram növlərində bütün final mərhələlərinə çıxıb. İdmançını halqa, top və lentlə kompozisiyalarda üçüncü yerdən yalnız bir pillə ayırıb.
Məlumata görə, gürz ilə dəqiqə yarımlıq tapşırıq onu səkkizinci yerə yüksəldib. Marina çoxnövçülükdə isə altıncı olub.
Digər Azərbaycan gimnastı Lalə Yusifova da Qran-pridə dördüncü yerə layiq görülüb. Lakin onun bu nəticəsi yalnız bir tapşırıqda, yəni finalda gürzlərlə hərəkətdə qeydə alınıb. Lalə qalan kompozisiyalarda topla tapşırıqda altıncı, halqa və lentlə hərəkətlərdə iki dəfə yeddinci, şəxsi hesabda isə doqquzuncu olub.
Çexiyada keçirilmiş Qran-pridə Rusiya-Belarus triosu - Marqarita Mamun, Darya Svatkovskaya və Melitina Stanyuta qələbə sevinci yaşayıblar.
Məlumata görə, gimnastlar Mərkəzi Avropada münasibətlərə aydınlıq gətirdikləri halda, Danimarkada gimnastlar gimnastikanın batut növündə bu il Dünya kubokunun sonuncu mərhələsində ən yaxşıları müəyyənləşdiriblər. Azərbaycan idmançısı Ruslan Ağamirov birinci təmrində (mütləq proqram) 44,63 bal, ikincidə (sərbəst) isə 52,905 xal qazanıb. Nəticədə 97,535 bal toplayan Ruslan 53 iştirakçı arasında 25-ci olub.
Ağamirov bir aydan sonra Sofiyada Dünya çempionatında debüt edəcək, hələlik isə Bakıda məşqlərdə səhvləri üzərində işləyəcək.
Bu arada Antverpendə idman gimnastikası üzrə Dünya çempionatı başa çatıb. Təmrinlərin bütün altı növündə çıxışların nəticələri üzrə Azərbaycan idmançısı Ruslan Namazov 69,79 bal toplayıb. Millinin ikinci gimnastı Uğur Xəlilbəyli iki alətdə çıxış edib. O, 13,1 bal toplamaqla ən yaxşı nəticəni sərbəst tapşırıqlarda göstərib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Gəncədə yanıq xəsarətləri alan bacı-qardaşın vəziyyəti məlum olub - Yenilənib
-
"İnsan necə "qudurarmış" - Elza Seyidcahan
-
Ərdoğan: Şanlıurfada Azərbaycan Bulvarı istifadəyə verilib
-
Şəhid anasını təhqir edən bloggerlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib - (Video)
-
Həbs olunan Ferhat Gündoğdunun qalmaqallı səs yazısı yayıldı
-
Nəsimi rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Ağdamda 15 yaşlı qızın erkən evliliyə cəlb olunmasının qarşısı alınıb
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
"Qarabağ" "Zirə"yə qalib gəldi
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları





